Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub Adalet.az | Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub

4506    |   2019-10-09 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir V.Eyvazov gürcü həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladıb, hər iki ölkə rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini, daxili işlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Sonra mövcud kriminogen durum, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb. DİN-lər arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir, imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.

V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



İmza:

PKK-ya kimlər və niyə dəstək olur?

Terrorçuların qoyub qaçdığı 280 min dollarlıq ABŞ texnikası - Türk ordusu ələ keçirdi (FOTOLAR)

Türk ordusu Suriyada 480 terrorçunu məhv edib

İlham Əliyev Aşqabadda Paşinyanla Qarabağı müzakirə edib - RƏSMİ

Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi

Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub

“ “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur” - Müdafiə naziri

Deputat: İlham Əliyev Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi

İlham Əliyev MDB-nin iclasında Paşinyanı susdurdu - YENİLƏNİB

QARDAŞLAR, SAYMAYANIN QULU OLMAYIN

Prezident İlham Əliyev İspaniya kralını təbrik edib

MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi

SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK