hacklink Adalet.az | ABŞ-ın QƏRİBƏ VƏ QEYRİ-ADİ CİNAYƏTLƏRİ Adalet.az | ABŞ-ın QƏRİBƏ VƏ QEYRİ-ADİ CİNAYƏTLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

ABŞ-ın QƏRİBƏ VƏ QEYRİ-ADİ CİNAYƏTLƏRİ

7640    |   2019-10-09 15:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika ağır cinayətlərindən savayı qeyri-adi cinayətləri ilə də məşhurdu. Bu ölkə təkcə qəddar silsilə qatilləri ilə tanınmış deyil. ABŞ hətta çox qəribə, səbəbsiz və mənasız cinayətkarlara da malikdir. Ən maraqlısı da odur ki, məhz bu qeyri-adi hadisələr ən çox Florida ştatında baş verir.




1. Oak Hildə gənc cütlük evində oğru aşkar ediblər. Maraqlısı odur ki, oğru evə girərkən cütlük yuxarı mərtəbədə olub. Kişi həyat yoldaşına lətifə danışdıqdan sonra oğru gülməyə başlayıb və beləliklə, onlar oğrunu aşkar edərək polisə xəbər veriblər.




2. Ohayo ştatında Terri Trent adlı şəxs külli miqdarda metamfetamin qəbul etdikdən sonra qonşusunun evinin qapısını sındıraraq daxil olmuşdu. Amma o, bunu oğurluq məqsədilə etməyib. Sadəcə, qonşusunun Milad bayramı münasibətilə şam ağacını və evi bəzəyib.





3. Minnesota ştatında Kori Maykl Moqen adlı şəxs içkili vəziyyətdə sadəcə toyuq bişirmək üçün məşhur restoran şəbəkəsi olan "Pizza hut”a gecə vaxtı daxil olmuş, amma toyuq tapmadıqdan sonra mətbəxdəki əşyaların üzərinə sidik ifarzına başlamışdı.





4. Rumıniya Parlamentinin üzvü Florin Popesçu səs qazanmaqdan ötrü vətəndaşlara 60 ton qızarmış toyuğu rüşvət olaraq təklif etmişdi. Bu hadisədən sonra o, bir il həbs qazanmışdı.





5. Floridada 33 yaşlı Nataniyel Kolman adlı şəxs küçədə soyduğu qadının bir neçə min dəyərindəki qızıl-zinət əşyasını həmin qadının işlətdiyi lombarda qoyarkən saxlanılmışdı.






6. Floridada bir şəxs küçəyə üzərində "kimin narkotikə ehtiyacı varsa, məndə kifayət qədər narkotik var” yazılı köynəklə çıxmış və polis tərəfindən saxlanıldıqdan sonra həqiqətən üzərindən külli miqdarda narkotik aşkar edilmişdi.





7. Floridada qara dərili şəxs avtomobil qaçırdıqdan sonra avtomobilin arxa oturacağında körpə uşaq aşkar etmişdi. O dərhal avtomobili dayandıraraq uşağı yolun kənarına qoymuş və yenidən avtomobilinə minərək yoluna davam etmişdi.




8. Silah sahibi olan minlərlə floridalı şəxslər "İrma” qasırğasının qarşısını almaq üçün qasırğanı güllələmək qərarı vermişdi.




9. Floridalı şəxs xəstəxanada gözləməkdən bezərək evinə getmək üçün təcili yardım maşınını qaçırmışdı.




10. "GameStop” məşhur oyun dükanını yarmaq qərarına gələn floridalı şəxs oğurluğa üzünü gizlətmək üçün şəffaf torba taxaraq gəlmişdi.



11. Türmədə olan dostlarıyla uzun müddət görüşməyən floridalı şəxs onlarla yeyib-içmək üçün içki və azuqə dolu çanta ilə türməyə qeyri-qanuni yolla daxil olmuşdu.




12. Polis floridalı şəxsi içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, saxlamış, lakin bu şəxs avtomobili idarə edərkən içmədiyini bildirmişdi. O, hər "saxla!” nişanı altında avtomobili saxlayaraq içki içmiş və sonra yoluna davam etdiyini iddia etmişdi.




13. Floridalı əlləri olmayan əlil şəxs turisti dörd dəfə bıçaqladığına görə, polis tərəfindən saxlanılmışdı.




14. Floridada naməlum şəxs çılpaq vəziyyətdə restorana daxil olaraq restoranın tualetini darmadağın etmiş və sonra meşəyə qaçaraq gözdən itmişdi.




15. Polis tərəfindən təqib olunan floridalı cinayətkar yorulduqdan sonra polisdən fasilə tələb edərək oğurladığı enerji içkisini içmişdir.




16. Floridalı şəxs sevgilisindən ayrıldıqdan sonra qisas almaq məqsədilə evini acı bibər sousu ilə yandırmağa cəhd etmişdi.




17. Floridada ictimai parkda ördəklərin üzərində karate döyüş idman növünün məşqini edən şəxs polis tərəfindən saxlanılmışdı.




18. Floridalı bir şəxs polis maşını üzərinə çıxaraq rəqs etmişdi. O, bu hərəkəti onu izləyən vampirləri qorxutmaq üçün etmişdi.




19. Floridalı bir şəxs polisə zəng edərək özünün içkili vəziyyətdə avtomobil idarə etməsi barədə məlumat vermişdi.




20. Floridada keçmiş şerif polisi yığaraq evində arağın bitdiyini və ona dərhal araq gətirmələri barədə əmr verməyə cəhd göstərmişdi.

(Ardı var)

Hazırladı: Yılmaz İBRAHİMOV




İmza:
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK