hacklink Adalet.az | Türkiyənin növbəti Suriya həmləsi Adalet.az | Türkiyənin növbəti Suriya həmləsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Türkiyənin növbəti Suriya həmləsi

Suallar cavablardan daha çoxdur

13012    |   2019-10-10 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ prezidenti Donald Trampla onun Türkiyəli həmkarı R.T.Ərdoğan arsında dünən keçirilmiş telefon söhbətindən sonra Suriya məsələsi yenidən dünya KİV-lərinin bir nömrəli mövzusuna çevrilib. Həmin telefon söhbətində Tramp türk odrusunun Suriyanın şimal-şərq bölgəsində hərbi əməliyyatlar aparmasına yaşıl işıq yandırıb. Məlumdur ki, həmin bölgə hazırda PKK-nın Suriya qolu hesab olunan PYD-YPG silahlılarının nəzarəti altındadır.

Trampın Türkiyəyə yönəlik bu jesti həm ABŞ, həm də bir çox Avropa ölkələrnin siyasətçiləri tərəfindən sərt təpkiylə qarşılandı. ABŞ Konqresi Nümayəndələr palatasının Demokratlar və Respublikaçılar partiyasından olan üzvüləri, eləcə də bəzi senatorlar qərara sərt təpki göstərərək Türkiyəni ağır sanksiyalarla, hətta NATO-dan qovmaqla hədələdilər.

Ötən president seçkilərində Trampa məğlub olmuş H. Klinton da məsələyə dərhal reaksiya verib və bu razılaşmanı xəyanət kimi dəyərləndiib. Ölkənin BMT-dəki keçmiş nümayəndəsi Nikki Haley isə baltanı lap kökündən vurub. O, Tvitter hesabından yazıb: "Əgər müttəfiqlərimizin arxamızda olmasını istəyiriksə, hər zaman özümüz onların arxasında olmalıyıq. Kürdlər Suriyada İSİD-ə qarşı etibarlı tərəfdaşımızdır. Onları ölümə tərk etmək böyük bir səhvdir.” Daha sonra xanım Haley ölkəsinin strateji partnyoru və NATO üzvü olan bir dövlət haqqında elə-beləcə də deyib: "Türkiyə bizim dostumuz deyil”.

Bütün bu təpkilərə baxmayaraq Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada qərarının qəti olduğunu bildirən Tramp bəzi detalları da açıqlayıb: "Ərdoğanın nəzərinə çatdırdım ki, hər kəsə sayğıyla yanaşmaq lazımdır… Bölgədə 50 Amerika əsgəri var və hazırda onlar geri çəkilməkdədir… Problemlərdən qaçmaq üçün Ərdoğanı bizimkilərə zərər vurmaqdan çəkinməyə çağırdım… və s.

Tramp daha sonra bildirib ki, razılaşmaya əsasən İSİD yaraqlıları və onların qaçqın düşərgələrində saxlanılan ailə üzvüləriylə bağlı məsələlərin həlli də Türkiyənin boynuna qoyulub. Bu isə zahirən asan görünsə də, olduqca qəliz bir problemdir. Məsələ burasındadır ki, hazırda PYD-YPG-nin nəzarəti altında olan bölgədəki həbsxanalarda 10 mindən çox İSİD-çi saxlanılır. Onların, eləcə də döyüşlərdə ölmüş xeyli sayda İSİD-çinin ailə üzvülərisə Suriya-Türkiyə - İraq sərhədlərinin kəsişdiyi nöqtədə yerləşən Əl Hol düşərgəsində yerləşdirilb. Dustaqların və həmin düşərgədə saxlanılan arvad-uşağın maddi təminatı ABŞ-ın üzərindədir. Etiraf etmək lazımdır ki, bu çox ağır yükdür. Həm də təkcə maddi təminat məsələsinə görə yox. On minlərlə dustaq və sayı həmin rəqəmlərdən bəlkə də bir neçə dəfə çox olan insanların sonrakı taleyi neçə olacaq? Nə qədər qəribə səslənsə də İSİD sıralarına qoşulan silahlıların əksəriyyəti ora Rusiya və Avropa ölkələrindən gedib və indi həmin ölkələrin rəsmiləri öz keçmiş vətəndaşlarının geri qayıtmalarına icazə verməyəcəklərini bildiriblər.

Tramp-Ərdoğan razılaşmasından sonra Türkiyənin hansı addımlar atacağı indi ən çox müzakirə olunan mövzulardan biridir. Məlumdur ki, öz təhlükəsizliyinə ciddi təhlükələrdən dolayı PYD-YPG yaraqlılarına qarşı belə bir əməliyyat aparmaq fürsətini Türkiyə çoxdan gözləyirdi. Amma müşahidəçilər vəziyyətin o qədər də sadə olmadığı qənaətindədir. Özü də problem təkcə həm ABŞ- ın, həm də Avropanın ən müxtəlif dairələrindən (hətta son illər məhz Suriya mövzusunda Türkiyə ilə xeyli yaxınlaşmış İranın da bu müdaxilənin əleyhinə olduğunu bura əlavə etsək) saatbasaat artan təpgilərdə deyil. Problem dünyanın ən güclü ordularından biri olan Türkiyə ordusunun gücündə, yəni bunun öhdəsindən gəlib-gəlməyəcəyində də deyil. Problem ondadır ki, razılaşma Amerika əsgərlərinin ölkədən tamamilə çıxarılmasını yox, sadəcə, onların bir az cənuba doğru çəkilməklə Türkiyənin sərhədlərindən uzaqlaşdırılmasını nəzərdə tutur. Yəni, PYD-YPG yenə də ABŞ-ın dəstəyiylə bölgədə at oynatmaqda və Türkiyənin ərazi bötövlüyünə təhlükə törətməkdə davam edəcək. Elə Trampın özünün də son açıqlamaları göstərir ki, Ağ Evin bu terror təşkilatına münasibəti zərrə qədər dəyişməyib. Tramp hələ təxminən bir il əvvəl Ərdoğanla olan telefon danışıqlarının birində Amerika əsgərlərini bölgədən tamamilə çıxaracağını (oxu: PYD-YPG-yə dəstəyini çəkəcəyini) bildirsə də, həmin vədinə əməl etməyə tələsmir.

Dediyimiz kimi, elə indi də həmin əsgərlərin bölgədən tamamilə çəkilməsindən söhbət getmir. Aydındır ki, olduqca məhdud sayda əsgər PYD-YPG-nin gücünə güc qatmaq naminə saxlanılmır. Onlar bir növ terroçuları mühafizə edən canlı divar rolunu oynayırlar. Ərdoğanın bütün populist demarşlarına rəğmən Türkiyənin hətta bir neçə ABŞ əsgərinin olduğu əraziyə hücum edəcək qədər güc və cəsarət sahibi olmadığını okeanın o tayında da yaxşı anlayırlar.

Hələlik, PYD-YPG-nin əlindəki Menbiçin taleyinin necə olacağı ilə bağlı da bir aydınlıq yoxdur.

Başqa bir problem Rusiya ilə bağlıdır. Türkiyə son illər Astana formatı çərçivəsində İranla yanaşı Suriya ilə xeyli yaxınlaşmışdı. Yuxarıda dediyimiz kimi İran bu müdaxilənin əleyhinə olsa da, Rusiya hələ ki öz susqunluğunu qoruyub saxlayır. Əvəzində, Türkiyənin əməliyyatda iştirakına Rusiyanın əl buyruqçusu olan rəsmi Suriya da çox isti yanaşmır, bunu öz ərazi bütövlüyünə təhlükə sayır. Görünür, Ərdoğanın son dövrlər Suriyaya yönəlik siyasətində ciddi dəyişikliklər olmasına, bu ölkənin ərazi bütövlüyünü və Əsəd rejiminin legitimliyini tanımasına dair verddiyi çoxsaylı bəyanatlara baxmayaraq, Bəşər Əsəd münaqişənin ilk illərində tutduğu mövqeyə görə hələ də onunla barışmaq fikrində deyil.

Məlumdur ki, hazırda Fəratın qərbində yerləşən İdilibdə türk əsgərləri müşahidəçilik missiyasını yerinə yetirir. Bu mandat türk əsgərinə məhz Astana-Soçi anlaşması çərçivəsində verilib. Ancaq son vaxtlar İdilibi bütünlüklə öz nəzarəti altına alan B. Əsədə bağlı Suriya ordusu həmin müşahidə məntəqələrindən birini mühasirə altında saxlamaqda davam edir. Bu fakt onu göstərir ki, rəsmi Dəməşq Türkiyənin hətta Rusiya və İran kimi öz sadiq müttəfiqləriylə birgə atdığı addımlara da isti yanaşmır.

Hərçənd, türk ordusu istər Fərat Qalxanı, istərsə də Afrində keçirdiyi əməliyyatlarda Rusiya və Suriya ordusuyla əlaqəli hərəkət eləmiş və B. Əsəd də bundan xeyli faydalanmışdı. Hələb şəhərini məhz Fərat Qalxanı, Dəməşqin ətrafındakı bəzi kəndlərisə Afrin əməliyyatları vaxtı geri almışdı. Yəni, Türkiyənin keçirdiyi əməliyyatlar son nəticədə Əsəd hökumətinin xeyrinə olsa da onun antitürk mövqeyini yumşaltmamışdı.

Türkiyəni bu qovğada başqa bir çətinliyi yenə də İSİD-lə bağlıdır. Bu dəfə artıq həbsxanada olan və onların düşərgələrdə yerləşdirilmiş ailə üzvüləriylə yox, hazırda marığa çəkilmiş İSİD döyüşçüləriylə. İSİD-çilər hələ də tam şəkildə məğlub edilməyiblər və müxtəlif qruplar halında həmin bölgədə dolaşmaqdadırlar. Yəqin ki, aktiv hərbi əməliyyatlar onları da öz mövcud imkanları daxilində fəallaşdıracaq və əlavə başağrısına səbəb olacaq. Bir sözlə, rəsmi Anqaranın çoxdan ABŞ-dan gözlədiyi razılığı alması onu hansı perspektivlə üzləşdirəcəyini indidən söyləmək çətindir.

Bəs, bu müdaxilədən sonra hərbi əməliyyatlardan daha ağır olacaq diplomatik savaş meydanında Türkiyəni hansı sürprizlər gözləyir? Embarqolar, sanksiyalar barədə deyilənlər gerçəkləşəcəkmi? Ümumiyyətlə, türk hökuməti ölkənin ərazi bütövlüyünə böyük təhlükə olan PKK-nı, onun Suriya qolu sayılan PYD-YPG-ni tam şəkildə zərərsizləşdirmək üçün nə vaxtsa öz strateji müttəfiqlərinin dəstəyinə nail ola biləcəkmi? İndi bu suallara birmənalı cavab vermək mümkün deyil. İndi əsas məsələ odur ki, qarşıdakı hərbi müdaxilə uğurla sona çatsın, proses hansısa bataqlığa ilişib qalmasın.

P.S. Məlumdur ki, türk ordusu bu əməliyyatı təkbaşına yapmayacaq. Fərat Qalxanı və Zeytun Dalı əməliyyatlarında olduğu kimi ön sırada Azad Suriya Ordusu yer alacaq, türk əsgərlərisə onlara dəstək olacaq. Artıq həmin ordunun əsgərləri Şanlı Urfanın Akçaqala ilçəsinə gəlməyə başlayıblar. Yerli informasiya agentliklərinin məlumatlarına görə məqsədi Bəşər Əsəd rejimini devirmək olan həmin qurumun ümumilikdə 14 min əsgərinin bu əməliyyatda iştirakı nəzərdə tutulur. Türkiyə prezident aparatının rəsmisi Fəxrəddin Altun isə öz Tvitter hesabından yazıb ki, qısa zaman ərzində Türkiyə ordusu ASO əsgərləriylə birlikdə Türkiyə-Suriya sərhəddini keçəcəklər.


ANALİTİK XİDMƏT




İmza:

Məzahir Pənahov: “MSK seçki prosesinə sabah start verəcək” - VİDEO

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

GÜNÜN SÖZÜ SİYAVUŞ NOVRUZOVDAN

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

NATO-nun yubiley sammiti

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Fuad Muradov: Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar - VİDEO

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

Zakir Həsənov Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Acizlikdən qara piara başlayanlar...

Tahir Rzayev: "Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir"

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK