Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | FHN: “Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb Adalet.az | FHN: “Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

FHN: “Binə”də mağazalar 2500 kvadratmetr sahədə yanıb

1664    |   2019-10-08 11:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, oktyabrın 8-də saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Qaradağ rayonu, Binə bazarında yanğının baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb və "3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 texnika, mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 texnika cəlb olunub.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazalar və içərisində olan mallar, təqribən 2500 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK