hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QARA DƏNİZLƏ DAN ÜZÜ SÖHBƏTİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: QARA DƏNİZLƏ DAN ÜZÜ SÖHBƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: QARA DƏNİZLƏ DAN ÜZÜ SÖHBƏTİ

(" Bir qadına..." silsiləsindən)

6542    |   2019-10-07 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən kiməm ki, haqq danam
Görüş umdum Haqqdan ,an!
Bir elçiyəm - Haqdanam -
Özümdən özüm sənə!

Ömür bitər bir an ki,
Sənlə keçir hər an ki!
Sına səbri, inan ki, -
Bitməz heç sözüm sənə!..

Dünyaca günahları
Yıx, boynuma ahları...
Açılan sabahları -
Qoy baxsın gözüm sənə...

Söykəndiyim dizin ver
Cığırın ver, izin ver...
Sən dözmürsən, izin ver -
Ölüncə dözüm sənə...

Ömür an yonqarıdı
Ərimiş yaz qarıdı...
Xatirə tonqalıdı -
Külüm, həm közüm sənə!




İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK