hacklink Adalet.az | “26 ildir Azərbaycan xalqı sabitlik şəraitində yaşayır” - Prezident Adalet.az | “26 ildir Azərbaycan xalqı sabitlik şəraitində yaşayır” - Prezident Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“26 ildir Azərbaycan xalqı sabitlik şəraitində yaşayır” - Prezident

12803    |   2019-10-05 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib.

Prezident bildirib ki, ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır:

"Burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir".

Ölkə başçısı çıxışında qeyd edib: "Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir".




İmza:

Məzahir Pənahov: “MSK seçki prosesinə sabah start verəcək” - VİDEO

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

GÜNÜN SÖZÜ SİYAVUŞ NOVRUZOVDAN

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

NATO-nun yubiley sammiti

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Fuad Muradov: Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar - VİDEO

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

Zakir Həsənov Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Acizlikdən qara piara başlayanlar...

Tahir Rzayev: "Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir"

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK