ANA SƏHİFƏ / GÜNDƏM

Prezidentin köməkçisi: Vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb

10314    |   2019-10-04 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində "Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam vacib addımların bariz nümunəsidir:

"Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təchizatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslət üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır. Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir".




İmza:

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir - VİDEO

DÖVLƏT-VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ TÖHFƏ

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Müdafiə Nazirliyi: Orduya qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək

Müdafiə naziri təlimlərdə məruzələri dinləyib və qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

SƏN NİYƏ UTANIRSAN, QIZIM?

Azərbaycanda dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər həyata keçiriləcək

Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Azərbaycan bayrağı əks olunub

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub

Müdafiə Nazirliyi “Zəfər marşı” adlı yeni videoçarx hazırlayıb

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib

Axxx, sizi ermənipərəstlər...

Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 2 nəfər öldü

DTX Respublika Gününə həsr olumuş videokompozisiya hazırlayıb - VİDEO

SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK