hacklink Adalet.az | BREKSİT DÜYÜNÜ Adalet.az | BREKSİT DÜYÜNÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

BREKSİT DÜYÜNÜ

Nə açmaq olur, nə kəsmək

15574    |   2019-10-05 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Üç il bundan qabaq, konkret desək, 23 iyun 2016- cı ildə Brexitlə bağlı İngiltərədə keçirilən rüferendumun nəticələri təkcə Avropada yox, onun siyasi və coğrafi sərhədlərindən kənarda da böyük ajiotaj doğurdu. Avropanın ən güclü dövlətlərindən birinin vətəndaşlarının Avropa Birliyindən çıxmağa səs verməsi son dövrlər, az qala ayrıca bir super dövlətə çevrilmiş bu qurumun süqutu kimi qiymətləndirilir və bunun bir presedent olaraq digər ölkələrə də yayılacağı proqnaozlaşdırılırdı. İngilislərin bu seçimi nəinki sağ mühafizəkar və millətçi ideologiyanın gün-gündən gücləndiyi Köhnə Qitənin özündə getdikcə daha sürətlə boy atan Avroskeptiklərin, hətta həmin qitənin humanist dəyərlərinin öz ölkələrinə yol açacağından əndişələnən bizim kimi çoxsaylı ölkələrin "düşünən başları” arasında da əsl atəşfəşanlığa səbəb olmuşdu.

İngiltərənin Avroa Birliyinə üzvülüyü lap əvvəldən hamar gedən proses olmayıb. Bu ölkənin indiki Avropa Birliyinin xələflərindən sayılan Avropa İqtisadi Birliyinə üzvülüyünün qarşısı düz iki dəfə (1963 və 1967-ci illərdə) Britaniya iqtisadiyyatının bir çox aspektlərinin Avropayla uyğun olmaması kimi yayğın bir səbəblə Fransa prezidenti Şarl de Qoll tərəfəndən alınmışdı.İngiltərə yalnız 1973-cü ildə, yəni Şarl de Qoll 1969-cu ildə vəzifəsini, bundan bir il sonrasa həyatını itirəndən sonra həmin quruma qəbul olunur. Vur-tut iki il keçmiş isə artıq ölkənin orda qalıb-qalmaması barədə referendum keçirilir və həmin referendumda ingilislər Avropa ailəsinin üzvü olmağa səs verirlər.

1990-cı ildə, yəni hələ Avropa İqtisadi Birliyini Avropa Birliyinə çevirən Maastrix müqaviləsi bağlanmamışdan üç il qabaq ölkədə Birləşmiş Krallığın Müstəqilliyi adlı yeni bir partiya təsis olunur. Bu, Avroskeptiklərin təşkilatı idi və ən maraqlısı da o idi ki, onlar ölkə parlamentinə seçkilərdə heç bir uğura imza ata bilməsələr də, Avropa parlamentinə keçirilən seşkilərdə ən yaxşı nəticə göstərirdilər. Ölkənin Avropa Birliyindən çıxması barədə referendum keçirilməsinin ilk təşəbbüskarları da elə həmin partiya olmuşdu. Düzdür, Avroskeptiklərin bu istiqamətdə apardıqları mücadilə, yəni 2011-ci ildə ölkəni referendumla Avropa Birliyindən çıxartmaq cəhdləri nəticəsiz başa çatdı, amma bundan dörd il sonra o vaxtki baş nazir Devid Kemeron onların bu arzularını gerçəkləşdirməyə nail oldu. Əslində, D. Kemeronun referendum keçirməkdə məqsədi heç də Böyük Britaniyanı AB-dən çıxartmaq yox, ondan bir sıra sahələrdə, konkret desək, maliyyə bazarında avronun üstün mövqeyinə son qoymaq, biznesdə bürokratik müdaxilələrin qarşısını almaq, ölkələrin milli suverenliyinə təhdid yaratdığı üçün daha sıx siyasi inteqrasiyadan imtina eləmək və Avropa ölkələrindən İngiltərəyə gələn əmək mühacirlərinin mənzil, sosial müavinətlərlə bağlı güzəştlərini aşağı salmaq və s. bu kimi məsələləri əhatə edirdi. Doğrudur, Kemeron bu dörd şərtdən birinci üçü barədə razılıq əldə etdiyi üçün referendumda AB-də qalmaq tərəfdarı kimi çıxış etsə də artıq gec idi, cin şüşədən çıxmışdı. Onun bu demarşı nəinki ingilis cəmiyyətini, hətta rəhbəri oduğu Mühafizəkarlar partiyasını da tam iki yerə parçaladı.

Bu qısa tarixi ekskursdan göründüyü kimi Böyük Britaniyanın təkcə Avropa Birliyinə üzv olmaq prosesi yox, həm də onun həmin qurumdakı fəaliyyəti daim qalmaqallarla müşaiyət olunub, ölkənin daxili siyasi həyatında bitmək bilməyən çəkişmələrə rəvac verib.

Düz üç ildir ki, Brexit müşgülünün əlində girinc qalan ölkə siyasətçiləri öz əlləriylə qazdıqları quyunun nə qədər dərin olduğunun indi-indi fərqinə varırlar. Avropa Birliyindən boşanma isterikaları artıq iki baş nazirin başını yeyib, üçüncünün başısa yeyilmək ərəfəsindədir. Vəziyyət isə aydınlaşmaq bilmir, əksinə, gün-gündən daha sərt dalana dirənir.

Boris Conson göz yaşları içində postunu tərk edən keçmiş baş nazir Tereza Meyin kürsüsünə əyləşdiyi ilk günlərdə öz sərbəst davranışları və inamlı jestləriylə, türk babalarının sözü olmasın, çox mutlu görünürdü. Özü də bu ovqat onun ekssentrik təbiətindən irəli gələn hala oxşamırdı, bu ovqatla o daha çox bir neçə ildir ingilis siyasətini ifliç duruma salmış bir siyasi prosesin - Brexitin açarını sanki öz cibində gəzdirən adam təsiri bağışlayıdı. İndisə onu İngiltərə tarixinin ən qısa ömürlü baş naziri kimi acı bir perspektiv gözləyir.

"Ən qısa ömürlü baş nazir” epiteti B. Consonun və mühafizəkarların əsas opponenti olan leyboristlərin lideri Ceremi Korbinin sözləridir. C. Korbin parlamentin fəaliyyətini oktyabrın 14-ə kimi dayandırmaqla bağlı kraliçianın da razılığını alan rəqibinin vurnuxmaları uğusuzluğa düçar olduqdan, yəni bu qərarın ali məhkəmədə ləğvindən sonra həmin ifadəni işlətmişdi. İndi müxalifət onu bir tərəfdən kraliçanı aldatmaqda günahlandırır, digər tərəfdən isə istefaya çağıraraq məhkəmənin bu qərarından sonra istefa verməyin artıq bir şərəf məsələsi olduğunu bildirir. Ancaq B. Conson hələ ki, bu çağırışlara təslim olmaq fikrində deyil. "Əgər müxalifət hökumətə güvənmirsə, qoy onda etimad məsələsini qaldırsın. Tez olun, uşaqlar, sizin hələ axşama kimi vaxtınız var, tələsin” – deyə o, opponentlərinə özünə məxsus dəlisovluqla müraciət edib.

Müxalifət isə baş nazirə etimadsızlıq məsələsini qaldırmağa tələsmir, çünki indiki halda bu təklifin uğur qazanacağına arxayın deyil. Məsələ burasındadır ki, B. Conson baş nazir seçildiyi gündən indiyə kimi az qala hər çıxışında Brexitin oktyabrın 31-də baş tutacağını bildirir: "Əgər həmin vaxta kimi Avropa Birliyi ilə müqavilə imzalanmasa onda müqaviləsiz boşanma olacaq”. Bunun adısa sərt Brexitdir və baş nazirin gurultulu bəyanatlarına baxmayaraq indiki halda heç cür Böyük Britaniyaya sərf eləmir. Ancaq "Brexit – nəyin bahasına olursa olsun” şüarı indiki halda xeyli cazibədar görünür deyə B. Conson erkən seçkilərə getmək məsələsini də gündəmə gətirmişdi. Müxalifət erkən seçkilərə getməyə də tələsmir. Hazırda onun yeganə taktikası Brexitin 31 oktyabrda baş tutmasına əngəl törətməkdən ibarətdir. Bundan sonra baş nazirin məsələsi artıq öz-özünə həll olunacaq. Ona parlamentdə etimadsızlıq göstərmək də, erkən seçkilər olarsa hakim partiyanın məğlub eləmək də asanlaşacaq.

Parlament bu basabasda sərt Brexiti qadağan edən qanun qəbul eləməklə Brexitin baş nazirin dediyi vaxtda baş tutmaması üçün də addım atmağa macal tapıb. Ötən ayın axırlarında qəbul edilən həmin qanundakı bəzi boşluqlara diqqət çəkən hüquqşünaslar baş nazirin manevr imkanlarının qaldığını bildirirlər. Yəni, Avropa Birliyi ilə razılıq əladə edilməyəcəyi təqdirdə təşkilatı müqaviləsiz tərk etmək mümkün olacaq. Avropa birliyinin rəhbərlərinin isə güzəştə getməyə meyilli görünmədiklərini nəzərə alsaq, indi bu az müddət ərzində müxalifətin əsas məqsədinin məhz qanundakı həmin boşluqları dolduraraq baş nazirin əl-qolunu bağlamaq, onu elə 31 oktyabra kimi siyasi meyitə çevirməkdən ibarət olduğu heç kimdə şübhə doğurmur.

B. Consonun vəziyyətini ağırlaşdıran təkcə parlament müxalifəti deyil. Məlum olduğu kimi Brexitlə bağlı baş verən gəlişmələr ölkənin çox həssas nöqtəsi sayılan Şimali İrlandiyada da bir çox fəsadlara yol aça bilət. Məsələ burasındadır ki, Brexitdən sonra Çimali İrlandiya ilə İrlandiya Respublikasının sərhədləri məsələsində də yeni hüquqi normalar tətbiq eləmək lazım gələcək ki, sərhəddin hər iki tərəfində olan irlandlar bundan çox əndişəlidirlər. Uzun illər terror və silahlı qarşıdurmalar səbəbindən ingilis siyasətinin başağrısına çevrilmiş İrlandiya böhranı yenidən alovlana bilər ki, Brexit düyünü bunun yanında toya getməli olacaq. Düzdür, baş nazir öz partiyasının dünən keçirilən konfransında ölkənsinin həmin problemi həll etmiş 10 aprel 1998-ci il Belfast müqaviləsinə sadiq qalacağını vurğulayıb, amma hər hansı müqavilənin işləməsi üçün onu imzalayan bütün tərəflərin ona sadiq qalması lazımdır. İrlandların isə davranışından belə görünür ki, onların sərt Brexitlə razılzşmaq fikirləri yoxdur. Üstəlik, Brexitin əleyhinə səs vermiş şotlandların da prosesin gedişindən məmnun olmadıqlarını nəzərə alsaq, sərt Brexitin baş tutacağı təqdirdə qosqocaman bir dövlətin hansı ağır siyasi böhrana yuvarlanacağını təsəvvür eləmək o qədər də çətin deyil.

Avropa Birliyinin rəsmi tarixi 1951-ci ildə Qərbi Almaniya, Belçika, İtaliya, Fransa, Niderland və Lüksemburqun yaratdığı Avropa kömür və polad birliyinin yaranma tarixindən götürülsə də belə bir ideya çox qədimlərdən gündəmədə olub. Əlbəttə, söhbət orta əsr kral və imperatorlarının vahid Avropanın rəhbəri olmaq iştahlarından yox, Avropa ölkələrinin bir federasiya halında birliyinə nail olmaqdan gedir. Vaxtilə bu ideyanı dilə gətirən İmperator Napolyon, bu barədə xüsusi məruzə ilə çıxış edən böyük fransız yazıçısı və ictimai xadimi V. Hüqo bunu Amerika Birləşmiş Ştatları modelinə uyğun bir dövlət kimi təsəvvür edir, sosial-demokratlar hərbi blokların əvəzinə respublikaçıların birliyi kimi görür və s. və i.a. Leninin Avropa Birləşmiş Ştatlarının tənqidinə həsr olunmuş tənqidi fikirlərinisə, yəqin ki, sovet ali məktəblərində oxuyanlar yaxşı xatırlayırlar. Bir sözlə, bu ideya əsrlər boyu şüurlarda, müxtəlif toplantı və dərnəklərdə sonsuz müzakirələrdən keçib, onu demokratik dəyərlərə sadiq, azad təfəkkürə malik siyasətçilər, ədalətli seçkilər yoluyla görəvə gələn və görəvdən gedən hökumətlər gerçəkləşdirib. Bu kimlərinsə kimlərəsə acıq verməsi naminə volyuntarist qərarlarla yaradılan dekorotiv qurumlara bənzər bir təşkilat deyil ki, hər gün biri dağılsın o biri yaransın. İngiltərə böhranı göstərdi ki, onu nəinki dağıtmaq mümkün deyil, ordan sadəcə, baş götürüb getmək belə müşgül məsələdir. Odur ki, "Avropa dağılır” dedi-qodularına uymaq yox, realist olub, mümkün olmayana can atmaq lazımdır.

ANALİTİK XİDMƏT



İmza:

Maksim Oreşkin - Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib

Maksim Oreşkin : Azərbaycan-Rusiya münasibətləri möhkəm strateji əsasa malikdir

ƏSLİNDƏ CÜMLƏ BELƏ OXUNMALIDIR

BRİTANİYA AVROPA İTTİFAQINDAN BOŞANA BİLMİR

Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

V çağırışın fəal deputatlarının siyahısı: Mərhum Yevda Abramov qalib seçildi

BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal

Əli Əhmədov: "Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla..."

DGK sədri: Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək

Məzahir Pənahov: “MSK seçki prosesinə sabah start verəcək” - VİDEO

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK