hacklink Adalet.az | Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü Adalet.az | Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü

25613    |   2019-10-02 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Adalet.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Vəli Behbudovun anlaqsız olduğu, özünü idarə edə bilmədiyi və buna görə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi məlum olub.

Mərhumun valideynləri isə buna etiraz ediblər.

Məhkəməyə polis nəzarətində gətirilən Vəli Behbudov əlləri ilə qulaqlarını tutaraq başını arxaya və önə əyərək heç nə danışmayıb. Onun qanuni nümayəndəsi bildirib ki, Vəli Behbudov heç kimlə ünsiyyətə girmir.

Məhkəmə hazırlıq iclasında qərar qəbul edib. Qərara əsasən Vəli Behbudovun xəstə olmadığı qənaətinə gəlinib və buna görə də barəsində həbs qətimkan tədbiri seçilib.

Vəli Behbudov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Proses oktyabrın 9-da davam edəcək.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK