hacklink Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: TƏKLİF Adalet.az | Əbülfət Mədətoğlundan yeni şeir: TƏKLİF Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət Mədətoğlundan yeni şeir: TƏKLİF

(" Bir qadına...")

6201    |   2019-10-01 11:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir gilə göz yaşına
büküb məni at küncə...
O , küncə nəzər yetir -
gülüm, yatmazdan öncə...

Yuxuna layla kimi
Səpiləcək bu halım...
Cavabını alacaq -
Sevirsənmi? - sualım...

Yastığına damandan
üşənəcək otağın...
Göynəyəcək yanağın -
buzlayacaq yatağın...

Beləcə aparacaq
Yuxu səni özüylə...
Yat, amma gör yuxunu -
Əbülfətin gözüylə!




İmza:
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO