ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycan xalçaları bolqarıstanlı qonaqları heyran edib

38825    |   2019-09-28 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolovun başçılıq etdiyi nümayəndə heyəti "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə tanış olub.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, filialın direktoru Rəfiqə Bəşirova qonaqlara xalça istehsalı emalatxanasının fəaliyyəti, burada toxunan xalçalar barədə məlumat verib.

Bildirilib ki, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ötən ilin dekabrında fəaliyyətə başlayıb. Hazırda filialda 70 nəfərdən çox toxucu çalışır.

Qeyd olunub ki, burada əsasən Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 500 kvadratmetrə yaxın xalça toxunub.
Emalatxanada toxunan xalçaların çeşniləri ilə maraqlanan qonaqlara məlumat verilib ki, dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz Azərbaycanda həyata keçirilir. Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir.

Sonra Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov emalatxanadakı hazır xalçanı kəsib.

Qonaqlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər, onların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.




İmza:

Rza Rzayev: ”Daimi öldürücü olanlar var” ...

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

“Xınalıq” UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

Şirvan bülbülü - Aşıq Şakir Hacıyev

İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Şahmalı Kürdoğlu: Ey təbib + Video

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Nazim Hikmətin övladlığa götürdüyü - Çingiz Fərəcov...

Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

““Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Əməkdar artist oğlunun faciəli ölümündən DANIŞDI - VİDEO

SON XƏBƏRLƏR
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK