ANA SƏHİFƏ / SİYASƏT

Müsavatın növbəti başqanı kim olacaq?

Hələlik bu sualın cavabını İsa Qəmbərdən başqa heç kim bilmir

15446    |   2019-09-30 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 12-də Müsavat Partiyasının növbəti IX qurultayının keçirilməsi nəzərdə tutulur. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumatına görə bütün hazırlıq işləri başa çatdırılıb və indi qurultayın nəzərdə tutulan vaxtda baş tutması yalnız Bakı Şəhər İcra Hakimiyyətinin tədbirin keçirilməsi üçün yer ayırıb-ayırmamasından asılıdır.

Bu partiyanın, demək olar ki, bütün qurultayları həmişə cəmiyyətdə böyük ictimai rezonans doğurub, geniş müzakirə və diskussiyalarla müşayiət olunub, medianın bir nömrəli mövzusuna çevrilb. Təbii ki, bunun çox səbəblərini sadalamaq olar, ancaq ən əsas səbəb bizcə partiyanın rəhbər orqanlarına keçirilən seçkilərlə bağlıdır. Çünki digər partiyalardan fərqli olaraq Müsavatın bütün strukturları gizli səsvermə yoluyla formalaşır, istər Məclis, istər Mərkəzi Nəzarət-Təftiş Komissiyası, istərsə də sonrakı mərhələdə Divan üzvləri çoxsaylı alternativlərin arasından seçilir. Güclü rəqabət və yarış mühitində isə gərginliksiz ötüşmək mümkün deyil.

Bu partiyanının qatı opponentləri də zaman-zaman Müsavatdakı seçki prosesinin gedişindən doğan heyrətlərini gizlədə bilməyiblər. Hətta Müsavatın Məclis seçkilərini Milli Məclisə keçirilən seçkilərlə müqayisə edənlər də olub. Seçkiqabağı dövrdə bəzən əndazəsini aşan sərt dartışmalara, gərginliklərə, dava-şavalara baxmayaraq, etiraf eləmək lazımdır ki, partiya həmişə bu qovğalardan daha möhkəm, daha güclü və daha bütöv çıxıb. Ta 1913-cü ildə keçirilən VIII qurultaya kimi.

Həmin vaxta kimi artıq öz monoltliyini əbədi olaraq qoruyub saxlayacaq bir partiya imici qazanmış Müsavat çox ağır və fəsadlarını hələ uzun illər sonra da aradan qaldırmaq mümkün olmayacaq sərt bir zərbə aldı – partiya iki yerə parçalandı.

Müsavatın həm əvvəlki, həm də bərpa dövründən sonrakı tarixində ağır məhrumuyyətlərdən keçmiş, sarsıntılar yaşamış, haqsız zərbələrə tuş gəlmiş, zorən məğlubiyyətlərə məhkum edilmiş və bütün bu çətinliklərdən, necə deyərlər, alnı açıq, üzü ağ çıxmış bir partiya olduğunu danmaq mümkün deyil. Ancaq o, 2013-cü il sınağından çıxa bilmədi və öz əlilə qazdığı quyuya düşdü.

Məsələ burasındadır ki, partiyanın VII qurultayında edilmiş nizamnaməyə dəyişikliyinə görə eyni adam ardıcıl iki dəfəddən çox partiya başqanı seçilə bilməzdi. Bu dəyişikliyə görə IX qurultay yeni başqan seçməliydi, yəni, Bərpa qurultayından sonra təşkilata rəhbərlik etmiş və onu həm güclü, həm də demokratik əsaslarla idarə edilən bir quruma çevirmiş İsa Qəmbər artıq öz postunu tərk etməliydi. Yeri gəlmişkən, həmin nizamnamə dəyişikliyi elə İsa Qəmbərin öz təşəbbüsü ilə gerçəkləşmişdi. Ümumiyyətlə, Müsavatın Azərbaycan siyasətinə verdiyi ən böyük töhfələrdən biri də vaxtaşırı olaraq yeni, demokratik idarəçilik təşəbbüsləriylə çıxış etməsi və bunu öz fəaliyyətində uğurla tətbiq etməsiydi.

Yuxarıda dediyimiz kimi partiya bu sınaqdan çıxa bilmədi. Niyə? Səbəblər üzərində çox baş sındırmaq olar, amma ən başlıca səbəb ondan ibarət idi ki, hətta bir çox demokratik yeniliklərə və ilklərə imza atmış Müsavat cameəsi də sədr əvəzlənməsi kimi köklü bir dəyişikliyi həzm etməyə hazır deyildi. Partiyaya yaxın olan qaynaqlardan aldığımız məlumatlara görə həmin vaxt sədr dəyişikliyinin ciddi fəsadlar törədəcəyi partiya elitasında da ciddi narahatlığa səbəb olmuşdu və bunun qarşısını almaq üşün bir neçə təklif ətrafında ciddi müzakirələr olmuşdu.

Birinci təklif nizamnamədə təkrar dəyişiklək etməklə başqanın iki dəfədən çox seçilməsini qadağan edən maddənin çıxarılmasıyla bağlıydı ki, bunu İsa Qəmbər qətiyyətlə rədd edib. İkinci təklif yeni sədrin rəhbərlik, yəni müavinlər və divan üzvülərinin konsensusu ilə müəyyənləşdirilərək hazır şəkildə qurultayın müzakirəsinə çıxarılmasından ibarət olub ki, bunu gerçəkləşdirmək praktik olaraq mümkün deyildi. Çünki ən böyük problem elə həmin müavin və Divan üzvlərinin konsensusuna nail olmaq idi. Münasibətlər elə səviyyədəydi ki, partiyanın yuxarıdan aşağı monolitliyini təmin edən belə bir konsensus təkcə İsa Qəmbərin nüfuzu və xarizması yox, həm də rəhbərliyi altında gerçəkləşə bilərdi. Nəhayət, üçüncü təklif bundan ibarət idi ki, İsa Qəmbər öz namizədini söyləsin. Deyilənə görə, bu namizədin kimliyindən asılı olmayaraq hamı xoş-naxoş öz ambisiyasından əl çəkməyə, bir kənara çəkilərək taleyinə boyun əyməyə hazır görünürmüş.

Təbii ki, bu da ideal variant deyildi, amma partyanı düşdüyü dalandan çıxrmaq üçün ən münasib yol idi. Ancaq İsa Qəmbər "mən azad və ədalətli seçki istəyirəm” deyə təkid etdi və bununla da bütün siyasi karyerasının ən məşum səhvini buraxdı.

Müsavatda azad və ədalətli başqan seçkisi yalnız İsa Qəmbərin tam neytrallığı şəraitində mümkün ola bilərdi və bunun üçün bu neytrallığı qoruyub saxlamalıydı. O belə bir qarantiya versə də prosesin gedişində öz vədinə əməl etmədi. Düzdür, açıq-aşkar heç bir namizədin müdafiəsinə qalxmadı, amma tərəzinin gözünü cüzi olaraq indiki başqan Arif Hacılının xeyrinə əydi ki, bu da onun elə cüzi üstünlüklə başqan seçilməsini təmin etdi. VIII qurultaydan sonra Müsavatı qarışdıran və onun tən yarıya bölünməsinə gətirib çıxardan təlatüm də məhz bu cüzi dəstəyin ucbatından qopdu. Müsavatçılar həmişə sözü bütöv tanıdıqları başqanlarına bunu bağışlamadılar. Yanlış anlanılmasın deyə bir məqamı da vuğulayaq ki, problem məhz Arif Hacılının dəstəklənməsiylə bağlı deyildi, Arif Hacılı da bu posta haqq edənlərdən biriydi. Problem, ümumiyyətlə, İsa Qəmbərin tərəf tutmasındaydı. Əgər o belə bir gizli dəstəyi qarşı tərəfə də göstərsəydi, onda Arif Hacılının tərəfdarları haqlı olaraq incik düşəcəkdilər.

Bəzi müşahidəçilərin qənaətinə görə İsa bəy heç də Arif Hacılıya olan aşırı sevgisinə görə yox, praqmatik məqsədlərə görə belə bir addım atmışdı. Onun qənaətinə görə nisbətən sakit təbiətli Qubad İbadoğlunun məğlubiyyəti impulisiv xarakterə malik Arif Hacılının məğlubiyyətindən daha fəsadsız ötüşəcəkdi. Ancaq bu qənaət özünü doğrultmadı.

Arif Hacılının IX qurultayda da başqan seçilməsi o qədər də rahat görünmür. Artıq təşkilatda kifayət qədər nüfuza malik Tofiq Yaqublu və Yadigar Məmmədli başqanlıq yarışına qoşulacaqlarını birmənalı olaraq elan ediblər. Hər iki namizədin partiyanın mövcud idarəçiliyinə yönəlik kifayət qədər iradları var və onlar bu gün təşkilatın əvvəlki nüfuzunu itirməsini bu qüsurlu idarəçiliklə bağlayırlar.

Təbii ki, indi Müsavatın əvvəlki sanbalda olmamasını təkcə idarəçiliklə bağlı yol verilən qüsurların adına yazmaq olmaz. Çünki ötən qurultayda partiyaya dəyən ağır zərbənin nəticələrini belə tezliklə və ümumiyyətlə nə vaxtsa aradan qaldırmaq əslində mümkünsüz bir işdir. Xüsusilə cəmiyyətə hakim kəsilmiş belə bir siyasi apatiya şəraitində bütün bunları idarəçiliyin ayağına yazmaq o qədər də doğru olmazdı. Hərçənd, idarəçilikdə olan qüsurlar barədə də tez-tez mətbuata məlumatlar sızır və bu qüsurlar partiya daxilindən daha yaxşı göründüyünə görə indiki opponentlərin sözlərini də qəribçiliyə salmaq olmaz.

Amma idarəçilik qüsurları və bu qəbildən olan çoxsaylı arqumentlər yalnız detallardır. Heç kimə sirr deyil ki, Müsavat başqanı postuna sahiblənməyin yolu hələ də İsa Qəmbərin dəstəyini qazanmaqdan keçir. Kim bu dəstəyi qazansa başqanlıq postunu da qazanacaq. Sızan məlumatlara görə İsa Qəmbər Arif Hacılıya ikinci dəfə də şans vermək niyyətindədir. Düzdür, qurultay elan olunan vaxtda keçirilsə hələ qarşıda 20 günlük bir müddət var, siyasətdəsə qərarlar bəzən saatbasaat dəyişir.


Sübhan Mahmudov



İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK