ANA SƏHİFƏ / İDMAN

"Qarabağ"la oyundan həzz almaq istəyirəm" - "Düdelanj"ın futbolçusu

29419    |   2019-09-26 10:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"APOEL-lə oyunda bizə çox az insan inanırdı. Kiprdə atmosfer möhtəşəm idi. Amma bir anda APOEL azarkeşləri doğma komandalarını fitə basdı, bizə kömək oldu. Gördüyümüz iş dəlilikdir və bunu hələ də dərk edə bilmirəm. Əgər məğlub olsaydıq, oyundan iyrənəcəkdim".

Qol.az-ın "dhnet.be"yə istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın futbolçusu Antuan Bernye Avropa Liqasının qrup mərhələsini 1-ci turunda APOEL-ə qalib gəldikləri oyunu (4:3) şərh edərkən deyib.

O, "Qarabağ" və "Sevilya" ilə keçirəcəklərimatçlar haqda da danışıb: "Püşkdə "Sevilya" ilə eyni qrupa düşdüyümüzü gördükdə bizim üçün yaxşı olacağını düşündüm. Çünki onlar top-klubdur və belə komanda ilə qarşılaşmağımızı istəyirdim. "Qarabağ" isə Çempionlar Liqasında oynayıb. Ancaq hələ də şansımızın olduğunu düşünürəm. Məqsədim bu oyunlardan həzz almaq, əylənmək və özümü ən yaxşı tərəfdən göstərməkdir".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.




İmza:
SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK