hacklink Adalet.az | Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur Adalet.az | Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

12356    |   2019-09-25 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin dəstəyilə həyata keçirilən növbəti layihə regionlarında yaşayan qadınlara öz bizneslərini qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnməkdə kömək edir.

Şirkətdən verilən məlumata görə, "İnformasiya texnologiyaları vasitəsilə Salyan və Sabirabadda qadınların liderlik bacarığının artırılması” layihəsinin əsas məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Bu məqsədlə qadınlar üçün "Şəbəkələşmə”, "Məşğulluq, peşə və əlavə gəlir”, "Karyera planlaması”, "Daxili motivasiya və hədəflərinə çatma” və digər mövzularda seminar və vebinarlar təşkil olunub. Layihə çərçivəsində yaradılan www.azqrm.net portalında bacarıqların artırılması ilə bağlı vebinarlar və fərdi inkişafla bağlı digər faydalı məlumatlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.

Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən yaradılmış Sabirabad Qadın Resurs Mərkəzinin nəzdində yaradılan "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin "Bakcell”in dəstəyi ilə icra etdiyi layihə Sabirabadda 95, Salyanda isə 84-dən çox iştirakçını əhatə edib. Onlardan 6 nəfəri yaşadıqları rayonlarda şəxsi bizneslərinə başlamaq üçün ilk addımlarını atıblar.

Bakcell şirkəti özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə "Speedtest” xidmətinə görə bütün dünyada tanınan "Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.




İmza:

"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqladı

Bakcell yeni “099” prefiksini istifadəyə verib

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda

“Bakcell” və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

"Azercell" bu sertifikatı alan ilk mobil operator oldu

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Bakcell" abunəçilərlə bağladığı müqavilələriə dəyişdirəcək

Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk!

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!

İnstagram və YouTube-un işində problemlər yaranıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK