hacklink Adalet.az | Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub Adalet.az | Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

28119    |   2019-09-23 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov "Xalq artisti” fəxri adına layiq görülüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.




İmza:

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Azərbaycanlı rejissorun filmi Amerikada səhnəsində - Video

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə - FOTO

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Çarlinin mələkləri” “CinemaPlus”a gəldi - VİDEO

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - VİDEO

SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK