nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Paşinyanın Los-Anceles səfəri: "Qarabağ Azərbaycanındır! İşğala son qoy!" şüarı daşıyan təyyarələr Adalet.az | Paşinyanın Los-Anceles səfəri: "Qarabağ Azərbaycanındır! İşğala son qoy!" şüarı daşıyan təyyarələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Paşinyanın Los-Anceles səfəri: "Qarabağ Azərbaycanındır! İşğala son qoy!" şüarı daşıyan təyyarələr

8636    |   2019-09-23 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-dəLos-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala son qoy!) şüarı daşıyan təyyarələr qaldırılıb.

Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.


Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın20%ərazisinin işğal olunduğu,1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsuluNəsimi Ağayevsəfər ərəfəsində Los-Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los-Ancelesdə nəşr olunan "Jewish Journal" qəzetində, həmçinin "NewzBlaze" qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los-Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

Təyyarə şüarının və rəqəmsal plakatların qısa videosuna burada baxmaq olar:https://youtu.be/adwYRaBrTmA

Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los-Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir. (report)



İmza:

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı - SİYAHI

Sabunçu üçüncü seçki dairəsi ilə bağlı müraciət təmin edilmədi

MSK DSK-nın qərarını qüvvədə saxladı

Qaradağ seçki dairəsinin bir məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Daha bir məntəqədə səsvermənin nəticələri ləğv edildi

Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edilib

Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

"Hakimiyyətlə aramda yaxınlaşma var, anlaşma yoxdur" - Erkin Qədirli

Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb

Dövlət Gömrük Komitəsinin sədri 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb

Deputat İsraildə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib

Prezident İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb

SON XƏBƏRLƏR
2020-02-22
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK