hacklink Adalet.az | Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq Adalet.az | Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

28931    |   2019-09-23 10:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dahi söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq.

Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq.

Müsabiqə barədə jurnalistlərə müsahibə verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili "Nəsimi ili” elan edilməsindən sonra muzey bu ilə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib.

Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq.

Müsabiqədə Fatimə Axundzadənin "Nəsim yeli” eskizi I yer, Rühəngiz Bağırovanın "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yer, Sürəyya Dadaşovanın "Göz yaşı” əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin "Facebook" səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.




İmza:

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Azərbaycanlı rejissorun filmi Amerikada səhnəsində - Video

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə - FOTO

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Çarlinin mələkləri” “CinemaPlus”a gəldi - VİDEO

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - VİDEO

SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK