hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır Adalet.az | Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Analitik: "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır

16401    |   2019-09-21 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda milyardlarla barel neft qalmaqdadır və bunun üçün milyardlarla dollar investisiya qoyulacaq.

Bunu Trend-ə "Wood Mackenzie" konsaltinq şirkətinin Xəzər və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.

O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi keçmişə nəzər salmaq və gələcəyə baxmaq üçün bir səbəbdir:

"Məxsus olduğu ölkənin iqtisadi yolunun formalaşmasında aparıcı rol oynayan çox az neft yataqları var. 25 il neft biznesində uzun müddətdir, amma bu "Azəri-Çıraq-Günəşli" ilə bağlı heç yolun yarısı da deyil".

E.Şerman bildirib ki, hazırda həmin yataqdan hasilat təxminən 550 min barel/sutka təşkil edir:

"Nəzərə almaq lazımdır ki, müqavlənin başa çatacağı 2049-cu ilədək, 30 il ərzində hələ milyardlarla barel neft hasil olunacaq və milyardlarla dollar investisiya qoyulacaq. Bu günədək 3,5 milyard barel hasil olunub və 36 milyard dollar investisiya qoyulub".

O əlavə edib ki, 6 milyard dollar dəyərində "Mərkəzi Şərqi Azəri" yatağının işlənməsinin təsdiq edilməsi 25 illik ildönümünün qeyd olunması üçün uyğun səbəb idi:

"Bu son investisiya "Azəri-Çıraq-Günəşli" meqalayihəsinin davam edən təsirini, o cümlədən rəqabətqabiliyyətliliyi və BP ilə tərəfdaşları üçün mənfəətliliyini göstərir. Bu layihə ilə bağlı tikinti və beləliklə də Azərbaycanda məşğulluğun dəstəklənməsi prosesi davam edəcək".




İmza:
SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK