hacklink Adalet.az | Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib Adalet.az | Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib

6187    |   2019-09-17 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 17-də - yeni dərs ilində Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib.

Ağsu rayonunun Aratkənd kəndinin şagird və müəllimləri yeni tədris ilini kənd tam orta məktəbin yeni binasında qarşılayıblar. Təhsil müəssisəsini Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman məktəblərlə bağlı məsələlərin həllinin vacibliyini qeyd edib və qısa vaxt ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını bildiriblər. Mehriban Əliyevanın xüsusi nəzarəti altında bu istiqamətdə görülən işlər yeni tədris ilində ölkəmizin regionlarında yeni təhsil ocaqlarının istifadəyə verilməsi ilə təsdiqini tapıb.

Yeni məktəb binası 220 şagird üçün nəzərdə tutulub. Binada bütün inventar və avadanlıqla təchiz edilən sinif otaqları var və bu, təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Yeni tədris ilində istifadəyə verilən məktəb binalarından biri də İsmayıllının Gəraybəyli kəndindədir. Heydər Əliyev Fondu tərəfindən tikilən bu binada 360 şagird təhsil alacaq.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında inşa edilən məktəb binaları müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsidir.

Məktəblərin kollektivinə və şagirdlərinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri və salamları çatdırılıb.

Qeyd edək ki, son 15 ildə ölkədə 3 mindən çox məktəb binası tikilib və ya bərpa olunub. Dövlət bu məsələyə xüsusi diqqətlə yanaşır. Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.




İmza:

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Dillər Universiteti Konfutsi İnstitutu beynəlxalq forumda iştirak edib

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO