Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!.. Adalet.az | II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!..

14183    |   2019-09-16 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən saylarımızda)

70-ci illər

Avropalılar nasist rejiminə qarşı ayağa qalxmağa başlayacaq. Fransa, Niderland, Norveç, İsveç, İtaliya, Böyük Britaniya və hətta Almaniyanın özündəki nasist rejiminə qarşı kütləvi mitinqlər nasist hökumətinin rahatlığını əlindən alacaq. Avropa üzərindəki tam nəzarətə malik olan nasist hökumətləri bürokratik olacaq. Avropada cəmiyyət iki müxtəlif yerə bölünəcək:

1) Rəsmi nasist cəmiyyəti;

2) Aşağı zümrə.

Amerika mədəniyyətinə meyilli aşağı zümrə "qara bazar” tərəfindən maliyyələşdirilir. Azad "qara bazar” insanlara totalitar və bürokratik nasist iqtisadiyyatından daha yaxın olacaq. Aşağı təbəqədəki qeyri-alman xalqları orada öz gəlirli bizneslərini qurmağa başlayacaqlar. Və bu müxalif hərəkatlara maddi və mənəvi dəstək olacaq. Nasist avropası indiki dövrün İran iqtisadiyyatına bənzəyəcək. Yəni paralel iqtisadiyyatla yanaşı, paralel cəmiyyət olacaq.

1980-ci illər

Daxili problemlərdən dolayı avropalılar yoxsulluq və işsizliklə üzləşəcəklər. Bu zamanda isə ABŞ-dakı azad market və demokratik siyasət təhsildə, biznesdə böyük irəliləyişlər yaradacaq. Bəli, bu dövrdə də internet və mobil telefonlar olacaq. Amma bu əsasən ABŞ-da olacaq və almanlar bizim tarixdə Sovet İttifaqının ABŞ-dakı istehsalı köçürməsi siyasətini yeridəcək. Rusiyadakı alman müharibəsi bu dövrdə bitəcək, amma Rusiyanın qələbəsi ilə. Almanlar Polşa və Ukraynadakı bəzi əraziləri ruslara verəcək. Fransa, Niderland, Böyük Britaniya, İsveç və Norveçin işğalı iqtisadiyyatın inkişafından dolayı nasist hökumətinə çox baha başa gələcək. 40 il davam edən müharibə nəticəsində baş verən iqtisadi qeyri-stabillik və böyük insan itkiləri üsyan və iğtişaşlara səbəb olacaq. Alman xalqı öz hökumətlərinə meydan oxuyacaq. Qərbi Avropa ölkələrinin işğalı 90-cı illərdən əvvəl bitəcək. Yaponiya tərəfində isə imperiya tamamilə dağılacaq və bundan sonra vətəndaş müharibəsi başlayacaq.

Amerikanın azad market üzərindən qurulmuş iqtisadi inkişafı onlara soyuq müharibəni qazanmağa şərait yaradacaq. Mərkəzləşdirilmiş Avropa iqtisadiyyatı buna meydan oxuya bilməyəcək.

1990-cı illər

Almaniya Qərbi Avropa ölkələrini artıq idarə etmir. 3-cü Reyx tənəzzülə uğrayır. Polşa müstəqillik qazanır, amma bu alman kolonistləri, Polşa xalqı arasında etnik vətəndaş müharibəsi ilə nəticələnəcək. Eyni hadisələr Yuqoslaviyada, Çexoslovakiyada, Ukraynada və Qafqazda baş verəcək. Bu vətəndaş müharibələri yerli əhali və ikinci nəsil almanlar, yəni bu ölkələrdə doğulanlar arasında baş verəcək. Polşada və Ukraynada alman əhalisinə qarşı soyqırım baş verəcək. Bizim tarixdəki Yuqoslaviya daxili müharibəsi burada Çexoslovakiya, Qafqaz və yenə də Yuqoslaviya daxili müharibələri ilə əvəz olunacaq. Keçmiş alman kəşfiyyatçılarının törətdiyi çevriliş nəticəsində Almaniyadakı nasist rejimi dağılacaq. Yeni müstəqillik qazanmış Qərbi Avropa ölkələri ABŞ-la müttəfiqlik yaradacaq və ABŞ-ın iqtisadi inkişafından nümunə götürəcək. Qərbi Avropa ölkələrinin azad market və demokratik siyasətə keçməsi 2000-ci illərin əvvəllərində bitəcək.

BMT ABŞ, Fransa, Böyük Britaniya və Avstraliya tərəfindən qurulur. Onlar Polşa və Qafqazın siyasətinə qarışacaq. İnsan hüquqlarını pozan, etnik ayrıseçkilik yaradan və soyqırım siyasəti yeridən, daxili müharibə vəziyyətində olan Yuqoslaviyaya, Çexoslovakiyaya, Qafqaza embarqo qoyacaq və müxtəlif sanksiyalar tətbiq olunacaq. "Alman SS” təşkilatının Almaniyada qurduğu yeni hökumət bizim dövrün Putin hakimiyyəti altındakı Rusiyaya bənzəyəcək. Almaniyanın ətraf ölkələrində, yəni Fransa, İngiltərə, İsveç, Polşa və Serbiyada Almaniyaya qarşı qoşun yerləşdiriləcək.

2010-cu illər

Müharibə cinayətləri üzə çıxır və sağ qalmış yəhudilərə Fələstinlə birlikdə İsrail dövlətini yaratmağa imkan verilir. Almaniyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkəni tamamilə dünyadan təcrid edir və o, bu dövrün şimali Koreyasına çevrilir. Ölkəyə giriş və çıxış qadağan olunur. Çin və Rusiyadakı vəziyyət stabillik əldə edir. Amma onlar iqtisadi və hərbi cəhətdən çox zəif ölkələrə çevrilir.Yaponiyadakı monarxiya devrilir və parlamentar respublika yaradılır.

Nəticə

ABŞ Almaniya və Yaponiyaya qarşı soyuq müharibəni qazanır. Nasist rejimi çökür. Amma yuxarıda adı çəkilən ölkələrdəki daxili müharibələr və "Yeni Almaniya” siyasəti 4-cü dünya müharibəsinə, yəni nüvə müharibəsinə gətirib çıxarır. Və bu böyük insan tələfatı, böyük iqtisadi tənəzzül və təbiətin böyük bir qisminin məhv olması ilə nəticələnir.

Hazırladı: Yılmaz İBRAHİMOV



İmza:
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK