ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AZƏRBAYCAN POLİSİNƏ TƏŞƏKKÜR

10959    |   2019-09-18 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlk dərs günü şəhərin ən çətin günlərindən biridi. Təbii ki, söhbət nəqliyyat vasitələrindən, tıxaclardan gedir. Qısası, şəhər zənci saçına dönür. Və həmin gün polislərin üzərinə daha ağır bir yük düşür.

Təkcə bu il 45 min uşaq 1-ci sinifə gedir. Bu təxminən 90 min valideyn deməkdi. Bu ən azı 30 min maşın deməkdi. Və yuxarı sinifləri də əlavə edəndə, bir riyaziyyatçı lazımdı bunu hesablasın.

Evimdən Azneftdəki 6 nömrəli məktəbə qədər beş məktəbin önündən keçməliyəm. Allah bütün balaları xoşbəxt eləsin, iki nəvəmi 1-ci sinifə aparırdım. Gecədən yol gözümə durmuşdu, daha doğrusu, tıxaclar. Bəli, tıxac var idi. Amma gördüm ki, polislər ustalıqla tıxacları elə gözəl tənzimləyirlər ki, heç bir narahatçılıq olmurdu. Sanki əvvəlcədən bu yolları diqqətlə öyrənmiş və tıxacların qarşısının necə alınmasını planlaşdırmışdılar. Maşını saxlayıb polislərə xüsusi təşəkkürümü elədim.

Ümumiyyətlə, dərslər başlayandan sonra polislərin işi daha da ağırlaşır.

Onu da xüsusilə qeyd edim ki, əslində tıxac yollarda deyil, bizim beyinlərimizdədi. Əgər biz yol hərəkəti qaydalarına düzgün əməl etsək, iki dəqiqədən ötrü qarşı yola çıxmasaq, qırmızı işığa düşə biləcəyimizi bilə-bilə keçib yolu bağlamasaq, piyadalar da hardan gəldi yolu keçməsələr həm yollar bir az rahat nəfəs alar , həm də polis bir belə əziyyət çəkməz.

İlk dərs günü ilə əlaqədar canımızı tıxaclardan qurtardıqlarına görə, yollarda nizam-intizam yaratdıqlarına görə Azərbaycan polisinə təşəkkürümü bildirirəm.

Və o da təbiidir ki, polislər, daha dəqiq desək, yol polisləri nə qədər çalışsalar da yenə mütləq narazılıq yaranır. Dərs günlərində məktəb ətrafından keçən küçələri tıxaclardan xilas eləməyin başqa bir sivil yolu da var və dünyanın inkişaf etmiş ölkələrinin hamısında bu yoldan istifadə edirlər. Bu barədə ayrıca məqaləm olacaq.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-05-27
2020-05-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK