Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Həvva olan yerdə şeytana nə hacət? - Eminquey yazır Adalet.az | Həvva olan yerdə şeytana nə hacət? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Həvva olan yerdə şeytana nə hacət? - Eminquey yazır

3157    |   2019-09-16 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adəmlə Həvvanı şeytanın aldatdığına inanırsız? Ay canım, cəfəngiyatdı. Həvva olan yerdə şeytana nə hacət? Qadın əhlidi e bu. Qışın oğlan çağında kişiyə dənəsi 50 manata alça aldıran varlıqlardı e. İndi bir Adəmə alma yedirtmək nəmənə şeydi ki?

Södanın açarı sinəsinə qoyub "Moşik, gəl özün götür" deməyini yadınıza salın. Lap elə sevgilisindən ən kreativ evlilik təklifləri gözləyən, 8 minlik gəlinlik aldıran qadınları xatırlayın. Yadınıza düşəcək ki, qadın kişiyə ən çətin sınaqlarla sevgisini sübut etmək şansı verir.

İndi qayıdaq Adəmlə Həvvaya. Sizcə, onlar bir-birilərindən heç küsmədilərmi? Heç olmadımı ki, Həvva qaşlarını düyünləyib Adəmə baxsın və desin ki, niyə əncir yarpağını geyinməmişdin? Kimə göstərirsən? Kiminlə xəyanət edirsən mənə? Hə, qadın çox çətin varlıqdı. Dünyada bir tək özüdü qadın, amma yenə qısqanmağa bir şey tapar və burnunu sallayıb küsər. Vay Adəmin halına!

Bir gün, iki gün, üç gün, axırda məcburdu da Həvvanın könlünü almağa. Bu ərəfədə də Allah bunları yanına çağırıb almadan yeməyi qadağan etdimi? Etdi. Vəssalam! Həvvanın əlinə fürsət düşmədimi? Düşdü! Həvva Adəmə bir şərtlə barışacağını deyər. Adəm o almanı dərib gətirməli və onunla birgə yeməlidi. Bilirsiz də, işin sonunda Həvvalı gecələr var, neyləməlidi? Həvvanın dediyini etməlidi. Elə də olur və Adəmlə Həvva cənnətdən qovulurlar.

Nə ilan, başınıza dönüm?! İlan Həvvanın Allahın hüzurunda özünü haqlı çıxarmaq üçün uydurmasıdı. "Lənət ilana, aldatdı məni". Və milyon illərdi ilan dərisindən çanta, ayaqqabı geyinməklə özünü isbat etməyə çalışır qadınlar. Ki, yəni hə, ilan qadını aldatdığı üçün qadın da ilandan qisas alır.

Vəssalam, şüttamam!




İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-10-15 : ŞƏRHSİZ...
2019-10-02 : ƏGƏR...
2019-09-30 : DONAN ÜMİDLƏR
SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK