hacklink Adalet.az | Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Adalet.az | Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

8893    |   2019-09-12 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-Prezidenti, Türkiyə tərəfindən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcək. İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycan tərəfdən tərəfdaşları ilə hazırlıq işləri aparırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılmışdır. Bu günədək Komissiyanın 7 iclası keçirilib. Avqust ayının sonlarından başlayaraq Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu – "Twitter” hesabı (@AzTurCom) fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılan bu rəsmi hesabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin əlaqələri ilə bağlı məlumatlar paylaşılır.




İmza:

Aqil Abbas seçicilərlə görüşlərə start verdi - FOTOLAR

Hikmət Hacıyev: Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı

AQİL ABBASIN ALTERNATİVLƏRİNƏ MÜRACİƏTİ

Rauf Arifoğlunun "dublikat"ı Qusar sakini çıxdı: Abbasov Raufu namizəd edən kimdir?

Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

Rusiyanın yeni Baş Naziri məlum oldu

“Xalq-Prezident həmrəyliyi ölkəmizdə bütün sahələrdə sabitliyi təmin edir” - Millət vəkili

Sahil Babayev: Azərbaycan MDB məkanında minimum pensiya göstəricisinə görə 1-ci yerdədir

Prezident Administrasiyası rəsmisindən mediaya ÇAĞIRIŞ

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK