Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub Adalet.az | “Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

1703    |   2019-09-12 14:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb.

Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan "Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub.

Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib.

Qeyd edək ki, "Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur.

Xatırladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən "Azercell” şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən "Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

"Azercell Telekom”un dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də "Azercell” nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.

Həmçinin, "Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.




İmza:

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

"Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

"Azercell" “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində uşaqları və məcburi köçkünləri sevindirdi

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK