hacklink Adalet.az | Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir Adalet.az | Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

6526    |   2019-09-12 10:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb.

Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı.

İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb.

Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in "İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər "Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə "Neft-qaz mühəndisliyi” ixtisasını seçib.

I qrup üzrə ən yüksək bal toplayan (690.5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub.

Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır.

Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.




İmza:

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

İsveçrə səfiri Bakı Ali Neft Məktəbində

Orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki hansı problemlər var? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK