hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: AVTOMOBİLLƏR NİYƏ SU KANALINA DÜŞÜR? Adalet.az | Faiq QİSMƏTOĞLU: AVTOMOBİLLƏR NİYƏ SU KANALINA DÜŞÜR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AVTOMOBİLLƏR NİYƏ SU KANALINA DÜŞÜR?

Bəzi sürücülərin idarəetməni itirməsi nəticəsində avtomobillər ya çaya, ya gölə, ya da su kanalına aşır

4558    |   2019-09-11 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə yaxın dostum, böyük şair və səmimi ziyalı Adil Cəmil redaksiyamıza təşrif buyurmuşdu. Daha doğrusu, tələbə dostu Şəmsəddin müəllimin oğlu Şamxal Şəbiyevin yanına gəlmişdi. Şamxal da çox istedadlı dizaynerdi. Amma ondan çox yaxşı jurnalist, yazı-pozu adamı çıxardı, buna qol qoymadı, keçdi dizaynerliyə. Burda da istedadını göstərməyi bacarıb. Yazıları səhifəyə qoyanda dizaynerlik bir yana, həm korrektorluq eləyir, həm müxbirlik eləyir, həm də redaktorluq. Hamımızın gözündən qaçan səhvləri o düzəldir. Allah canını sağ eləsin!

Adil Cəmil də kiminsə bir şeirini gətirmişdi. Onu səhifədə yerləşdirəndən sonra bir balaca dərləşdik. Dedi ki, sən yol polisi ilə bağlı maraqlı yazılar qələmə alırsan. Bir mövzu deyim, onu da işlə: son vaxtlar bir çox sürücülər idarəetməni itirir, maşını su kanallarına aşırırlar. Bu mövzunu qələmə al, mövcud problemləri qaldır, bəlkə bundan sonra görülmüş tədbirlər nəticəsində avtomobillərin çaya, gölə, kanala düşməsinin qarşısı alına.

Ümumiyyətlə, yol polisi hərəkətin təhlükəsizliyi üçün bütün qabaqlayıcı tədbirləri həyata keçirir. Daha doğrusu, onlar hərəkət iştirakçılarının və sürücülərin maarifləndirilməsini bütün zamanlarda diqqət mərkəzində saxlayır. Avtomobillərin də bəziləri idarə olunarkən ya sürücünün sükan arxasında yuxulaması, ya da texniki nasazlıq nəticəsində bu cür qəzalar qaçılmaz olur. Hansı ki, il boyu yol polisi təbliğat aparır ki, sürücülər yuxulu halda sükan arxasında əyləşməsin və texniki cəhətdən nasaz avtomobilləri idarə etməsin.

Bu cür ağır qəzalar ən çox respublikanın avtomobil yollarında baş verir. Bu yaxınlarda İmişli rayon ərazisindən keçən yolda sürücü idarəetməni itib və maşın gedib düşüb su kanalına. Aydındır ki, bu cür ağır qəzalar zamanı ölən və yaralananlar daha çox olur. Yenə birmənalı olaraq, hadisənin baş verməsində sürücü məsuliyyətsizliyi üzə çıxır. Sürücü ya məsuliyyətsizlikdən, ya da sükan arxasında yatmasından bu cür qəzalar qaynaqlanır.

Demək olar ki, sürücülərin qəza törətməsi nəticəsində bəzi avtomobillərin çaya, gölə, su kanalına düşməsi respublikamızada tez-tez baş verir. Hardasa 15 ilin söhbətidir, Füzulidən Bakıya ailəsi ilə gələn bir adam Arazın üstündən keçən körpüdə hərəkət edərkən çayın qırağındakı bəy-gəlin maşınına baxır. Onun yanındakı ailə üzvləri də pəncərəni açıb həmin səhnəyə tamaşa edir. Bu vaxt sürücü idarəetməni itirir və maşın körpüdən Araz çayına düşür. Sürücü sudan çıxmağı bacarsa da, ətrafına boylanıb görür ki, ailə üzvlərinin hamısı boğulub. Onun da ürəyi partlayıb ölür.

Əvvəllər həmin körpünün kənarında qoruyucu sədd bir o qədər də hündür deyildi. Amma sonradan həmin sədlər tikildi və daha təhlükəsiz vəziyyətə çatdırıldı. İndi demək olar ki, bu yerlərdən və körpüdən keçən sürücü hətta yatsa belə, maşın gedib bardiyora dəyəcək və aşmayacaq.

İndi belə bir məntiqi sual yaranır: necə etmək lazımdır ki, idarəetməni itirən avtomobillər gedib çaya, gölə, kanala düşməsin? Son vaxtlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Astara magistral yolunu inşa edərkən bu məsələləri xüsusilə diqqətdə saxlayıb. Yolların kənarı dəmir torla mühafizə olunur. Bu həm müxtəlif xırdabuynuzlu, iribuynuzlu heyvanların magistral yollara çıxmasının qarşısını alır, həm də bir qəza olarkən avtomobillərin gedib yoldan kənarda gölə, çaya düşməməsinə şərait yaradır.

Bizim fikrimizcə, respublikamızın avtomobil yollarında hansı yerdəki çayların, göllərin və su kanallarını yanında təhlükə varsa, orda mütləq mühafizə səddi olmalıdır ki, maşınlar aşarkən qəza nəticəsində ölüm və xəsarətalma halları çox olmasın. Təbii ki, bu məsələlər həmişə adiyyəti qurumların diqqət mərkəzindədir. Başqa sözlə demiş olsaq, həyata keçiriləcək qabaqlayıcı tədbirlər mövcud təhlükəni tamamilə aradan qaldıra bilər. Üstəlik də hər bir sürücü sükan arxasında olarkən çaydakı körpünü keçəndə, gölün və su kanalının yanından ötəndə xüsusilə diqqətli olmalıdır. Başqa sözlə demiş olsaq, sükan arxasında mürgüləməməli, yuxulamamalı, əgər yuxusu gəlirsə, nəqliyyat vasitəsini yolun kənarına çəkib yatmalıdır.

Elə yerlər də var ki, respublika əhəmiyyətli deyil. Yəni rayon daxili yoldur. Su kanalının yanından gedən daşlı-kəsəkli bir yoldu. Mən həmişə Füzuliyə gedəndə Əhmədbəyli kəndində su kanalının yanındakı yoldan çox narahatlıq keçirirəm. Bu yol daşlı-kəsəkli olsa da, su kanalının bir addımlığında olduğu üçün çox təhlükəlidir. Xüsusən yağışlı və yağmurlu havada o yolu getmək sürücüdən çox böyük təcrübə və məsuliyyət tələb edir. Həmişə də sürücüyə deyirəm ki, bax, burda diqqətli ol ha, maşın sürüşüb kanala düşər. O da çox sağ olsun, sükan arxasında daha diqqətli olur. Bax, bu cür yolların kənarı rayonların öz daxili imkanları hesabına düzəldilməlidir ki, hər hansı sürücü ya idarəetməni itirib, ya da maşının təkərləri sürüşüb o kanala düşməsin.

Hər halda, biz bu məsələni gündəmə gətirməklə mövcud təhlükəni bir daha əlaqədar qurumların diqqətinə çatdırırıq. Təbii ki, hər hansı problem vaxtında qaldırılanda onu həll etmək də müşkül məsələyə çevrilmir. Yəni qabaqlayıcı tədbirlər nəticəsində məsələ öz həllini tapır. Və inanırırq ki, qaldırdığımız bu problemlər də yaxın zaman kəsiyində həll ediləcəkdi.

Sadəcə olaraq, hər bir sürücü də çayların, göllərin, su kanallarının yanından keçərkən ehtiyatlı olmalı, havanın yağışlı, yağmurlu və mürəkkəbliyini nəzərə almalı, heç vaxt sükan arxasında məsuliyyətsiz hərəkətlər etməməlidir. Başqa sözlə demiş olsaq, sürücü diqqətli olsa, sükan arxasında yatmasa, maşını da çaya, gölə, su kanalına aşırmaz.



İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK