ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yeni tədris ili və işləməyən işıqforlar tıxac "vəd edir" - AÇIQLAMA

4134    |   2019-09-10 10:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxt küçələrində səhər və axşam pik saatlarda nəqliyyatın hərəkətində ciddi sıxlıqlar müşahidə edilir. Sıxlıq xüsusilə "20 Yanvar" dairəsi, Üçüncü mikrorayondairəsi, Heydər Əliyev prospekti, Biləcəri dairəsi və bir sıra ərazilərdə daha çoxqeydə alınır.

Yaranan sıxlığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlıOxu.Az-ın suallarınıBakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb.

O bildirib ki,paytaxt ərazisində müşahidə edilən sıxlığın əsas səbəbi sürücülərin Dövlət Yol Polisi əməkdaşının köməyi olmadan yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etməmələridir.

V.Əsədov sıxılığın digər səbəbininyeni tədris ilinin yaxınlaşması ilə əlaqəli olduğunu qeyd edib:

"Bu gün paytaxt ərazisində güclü tıxac müşahidə edilmir. Mərkəzi küçə və prospektlərdə yaranan sıxlıq, əsasən, dairəvi hərəkət olan yollarda, küçələrin kəsişməsində, işıqforlarla tənzimlənən və tənzimlənməyən küçələrdə müşahidə edilir.

Bundan başqa, təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda da süni sıxlığın yaranmaehtimalı var. Bunun səbəbi dayanma-durma tələblərinin pozulmasıdır. Baxmayaraq ki, bu təlimatla bağlı hər gün təhsil ocaqlarının yerləşdiyi ərazilərə bitişik küçə və yollarda polis əməkdaşları nəqliyyatın hərəkətinə nəzarət etməyə çalışır, həmin ərazilərdə dayanma-durma tələblərinin pozulması böyük narazılığa səbəb olur.

Bununla bağlı paytaxtın bir neçə küçəsinin, o cümlədən, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində "sarı tor" çəkilib. Belə ki, tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Artıq bu tədbirin yollarda nəqliyyatın hərəkətini yaxşı istiqamətə dəyişdiyinin şahidi oluruq. Bu tədbirlərin artırılması planlaşdırılır".

Tez-tez sıradan çıxan işıqforlar da yollarda yaranan sıxlığın səbəblərindən biridir. DYP sözçüsü belə hallarda sürücülərin yolun sağ istiqamətindən gələn nəqliyyat vasitəsinə üstünlük verməklə hərəkətə davam etməli olduqlarını deyib:

"Olmamalıdır, amma texniki nasazlıq səbəbindən bəzən belə hallar müşahidə edilir. Amma qısa zamanda yaranan texniki nasazlıq aradan qaldırılır. Bunu faciəyə çevirmək lazım deyil. Sürücülər həmin ərazidə qoyulan yol nişanlarına uyğun şəkildə hərkətlərini davam etdirməlidirlər.

Bu kimi məqamlar sürücüləri çaşdırmasın. Əgər həmin yolda hərəkəti nizamlayan yol nişanları yoxdursa, yolun sağ tərəfi ilə hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verməklə, yola davam etməlidirlər. Əgər yol kəsişmələrində sıxlıq və ya tıxac yaranıbsa, sürücü hərəkət edərkən kəsişmənin ortasında qalmamaq üçünişıqforun tələbindən asılı olmayaraq, yolayrıcına girməməlidir".




İmza:

Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib

Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlər açıqlandı - SİYAHI + VİDEO

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Koronavirusa qarşı mübarizədə ictimai nəzarət sistemi yaradıldı - RƏSMİ

İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK