hacklink Adalet.az | Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ Adalet.az | Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ

2179    |   2019-09-10 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son dövrlərdə uşaqlar və hamilə qadınlar arasında anemiya problemi artıb. Aparılan araşdırmalara görə, hamilə qadınlar arasından anemiyanın yayılması 40,4 faizə çatıb.

Qan azlığı, dəmir çatışmazlığı kimi problemlər hamiləlik dövründə nə kimi fəasadlar verə bilər? Doğulacaq körpənin sağlamlığına nə kimi risklər mövcuddur?

Respublika Perinatal Mərkəzinin direktoru Sevinc MəmmədovaOxu.Az-a açıqlamasındaqadınların hamiləlik dövründə yoxlamalara diqqət etməli olduqlarını vurğulayıb:

"Ümumiyyətlə, anemiyanın müxtəlif növləri olduğu kimi, müalicə metodları da fərqlidir. Anemiya qan azlığıdır. Bu günanalığa namizədlərhamiləlik dövründə ən azı 3 dəfə qanın ümumi analizini verməlidir. Əgər qanda hər hansı bir dəyişiklik, xəstəlik varsa,3 dəfə yox, daha artıq yoxlanılmalıdır. Normada hemoqlobinin miqdarı 12-16 q/l qədər normal hesab edilir. ÜST-nın göstəricilərinə görə, əgər hemoqlabin səviyyəsi 12-dən aşağıdırsa, bunu anemiya hesab etmək olar. Azərbaycanda milli kliniki protokol var ki, bizim qadınlarımız üçün 10 q/l-dən aşağı anemiya kimi, 9 q/l-dən aşağı göstəricilər isə hemotoma kimi qiymətləndirilir. Bu şərtlərdə mütləq şəkildə müayinəyə ehtiyac var".

Hamiləlik dövründə müşahidə edilən qan azlığı ana bətnində dölün inkişafdan qalmasına dagətirib çıxara bilər:

"Hamiləlik dövründə anemiya hamiləliyin vaxtından əvvəl sonlanması ilə nəticələnə bilər. Uşaq çəkidə, boyda inkişafdan qala bilər. Eyni zamanda anemiya iləmüşahidə edilən hamiləlikdə doğum zamanı qanaxmaya meylilik daha çox olur. Çünki hemoqlabin səviyyəsi normal olan qadın üçün doğuş zamanı qan itirmək heç bir problem yaratmır. Amma qan azlığı olan qadın doğum prosesində qan itirərsə, damar spazmları, trombozlar, damar daxili laxtalanmaya qədər gətirib çıxara bilər.

Eyni zamanda anemiyalı qadınların immun sistemləri çox aşağı olduğundan, bədən müqavimət göstərə bilmir və onlar müxtəlif infeksion xəstəliklərə daha tez yoluxur. Belə ki, müşahidələr zamanı anemiyalı analardan doğulan uşaqlarda anadangəlmə azçəkililik, immun problemi ilə yanaşı, əqli zəiflik dəmüşahidə olunur".




İmza:

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün "İlk tibbi yardım" təlimi keçirib

Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Bakıda yeni klinikanın açılışı olub

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

“Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

HƏKİM MƏSLƏHƏTİ

Lənkəran limonu, məcun deposu...

Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Ən çox ölümə səbəb olan xəstəliklər və əsas səbəbləri

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK