Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? - Həkimdən XƏBƏRDARLIQ Adalet.az | Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? - Həkimdən XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Ayaqların şişməsi hansı xəstəliyin əlamətidir? - Həkimdən XƏBƏRDARLIQ

1077    |   2019-09-09 09:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ürək çatışmazlığı varsa, ürəyin qanı vurma və toplama gücü azaldığından bədəndəki qan damarlarda yığılır, hidrostatik təzyiq nəticəsində damar xaricinə çox miqdarda maye sızır və şiş yaranır".

Adalet.az xəbər verir ki, bu sözləri Türkiyəli endokrinoloq Öndər Ovalı deyib.

Mütəxəssis vurğulayıb ki, ödəm xəstəlik deyil, xəstəlik əlamətidir:

"Uzun avtobus səfərlərindən sonra hər kəsin ayaqlarında müəyyən qədər şiş yaranır. Ya da bir yerə şiddətli vurduğumuz zaman o nahiyə şişməyə başlayır. Travma və dəri infeksiya kimi toxuma bütövlüyünün və müqavimətinin pozulduğu hallarda ödəm əmələ gəlir. Normalda dəri və digər toxumalarda hüceyrələr arası məsafədə görünməyən səviyyədə bir miqdar maye var. Ancaq toxumalarda normadan artıq maye yığılmasına ödəm deyilir. Yığılmış mayenin həcmi beş litrdən çox olduqda ödəm insanın zahiri görkəmində özünü hiss etdirir".

O bildirib ki, ödəmin əsas səbəbi ürək çatışmazlığı ola bilər. Həkimin sözlərinə görə, ödəmin təsiri ayaqlarda daha qabarıq olmaqla yanaşı, gələcək mərhələdə budlarda, beldə, qarın boşluğunda, bədənin hər yerində, hətta daxili orqanlarda belə yarana bilər. Xüsusilə ağciyərdəki ödəm səbəbilə xəstələr təngənəfəslikdən əziyyət çəkir və bu xəstələr oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalır".

Şişkinliyin digər səbəbləri kimi allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif olması, hədsiz çox su içmək, düzgün qidalanmamaq, oturaq həyat tərzi, ayağı ayağın üstünə aşırıb oturmaq, oturaq iş, isti hava, narahat ayaqqabı, hamiləlik, böyrək və həzm sistemi xəstəlikləri göstərilib.(publika.az)




İmza:

Kardioloq təhlükəli yuxu formalarından danışdı

Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

İndiyədək Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb

Qarayaraya yoluxan xəstələrlə bağlı son durum RƏSMİ

Hamiləlik zamanı qan azlığı hansı fəsadlar verə bilər? - HƏKİM RƏYİ

Sabirabadda qarayara xəstəliyinin törədicisini müəyyən etmək üçün araşdırmalar başlandı

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür

SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK