nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Məktəblərdə dərsliklərin paylanılması başa çatıb Adalet.az | Məktəblərdə dərsliklərin paylanılması başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Məktəblərdə dərsliklərin paylanılması başa çatıb

4770    |   2019-09-07 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib.

O bildirib ki, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumtəhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Bəşarət Məmmədov deyib: "Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir. Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, məktəblilər dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşmalı, valideynlər də övladlarına bu istiqamətdə nəzarəti unutmamalıdırlar”.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır.




İmza:

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq etdi

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi

Faiq QİSMƏTOĞLU: PİYADANI MAŞIN VURURSA...

Ölümdə həkim səhlənkarlığı varsa, bu cəza tədbirləri seçilir - RƏSMİ

Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən

Baş prokuror Zakir Qaralov Şirvan və Sabirabad sakinlərini qəbul edəcək

Yol Polisi məktəblilərə mükafat verdi - FOTO

Gəncədə keçirilən kütləvi reyd zamanı 160-dan artıq sürücü cərimələnib

Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur

Gəncənin Baş planı hazırlanır

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK