Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Anarın təklifi qəbul edildi: 1 milyonluq mükafat Adalet.az | Anarın təklifi qəbul edildi: 1 milyonluq mükafat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Anarın təklifi qəbul edildi: 1 milyonluq mükafat

3659    |   2019-09-06 16:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.

Bu barədəKult.az-a Birliyin mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Anar I Asiya Yazıçılar Forumunda çıxış edib: "Çıxış zamanı Qazaxstanın prezidenti Qasım-Comərd Tokayev də ordaydı. Anar müəllim Forumda çox gözəl təkliflərlə çıxış elədi. Onun çıxışı hamı tərəfindən, o cümlədən president Tokayev tərəfindən çox yüksək qiymətləndirildi. Buna görə də Forumun ikinci günü Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Marat Tajin Anar və bir qrup başqa yazıçı ilə görüşdü”.

X.Rza I Asiya Yazıçılar Forumu haqqında da danışıb: "Forumun məqsədi Nobel mükafatına alternativ sayılacaq "Böyük Asiya” mükafatını təsis etməkdir. Mükafatın məbləği 1 milyon dollar olacaq. Qazaxstan dövləti bunu öz ölkələrini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək məqsədi ilə təsis edir. Yəqin ki, forumun işi yekunlaşandan sonra mükafat təsis olunacaq”.

Qeyd edək ki, sentyabrın 4-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində I Asiya Yazıçılar Forumu işə başlayıb. Azərbaycandan Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

Forumun işi bu gün başa çatır.




İmza:
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK