hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub - Azərbaycanda Adalet.az | Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub - Azərbaycanda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub - Azərbaycanda

2915    |   2019-09-06 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.

Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.

"Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

Qadın ailə qurduqdan 5 ay sonra hamiləliyi planlaşdırmaq məqsədilə klinikaya müraciət edib. Xəstədə hormonal fon normallaşdıqdan sonra hamilə qala bilib. Lakin xəstənin hamiləlik dövrü də rahat keçməyib. Belə ki, erkən və gec düşük, vaxtından əvvəl doğuş təhlükələri, dölün bətndaxili inkişafının ləngiməsi və simptomsuz bakteriyauriya müşahidə edilib. Həmin patologiyalar vaxtında korreksiya edilib. Hamiləlik dönəmində baş beyinlə bağlı heç bir fəsadlaşma qeydə alınmayıb. Mütəmadi olaraq neyrocərrahla konsultasiyalar aparılıb. Nəhayət hamiləliyin 36-cı həftəsində qadın doğum şöbəsinə daxil olub və neyrocərrahın iştirakı ilə Qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Qadın çəkisi 2 kiloqram 450 qram, boyu 50 santimetr olan sağlam körpə dünyaya gətirib. Artıq ana və yenidoğulmuş evə yazılıblar”, - deyə mütəxəssis qeyd edib.




İmza:

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün "İlk tibbi yardım" təlimi keçirib

Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Bakıda yeni klinikanın açılışı olub

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

“Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

HƏKİM MƏSLƏHƏTİ

Lənkəran limonu, məcun deposu...

Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK