Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TÜRK DÜNYASININ BÖYÜK KİŞİLƏRİNDƏN BİRİ ÖLDÜ - Aqil Abbas yazır Adalet.az | TÜRK DÜNYASININ BÖYÜK KİŞİLƏRİNDƏN BİRİ ÖLDÜ - Aqil Abbas yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRK DÜNYASININ BÖYÜK KİŞİLƏRİNDƏN BİRİ ÖLDÜ - Aqil Abbas yazır

2063    |   2019-09-05 15:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Abbas əminin çox titulları vardı. Bütün qəzetlərdə var, oxuya bilərsiniz. Abbas əminin əslində bir titulu vardı: Şair idi və Kişi oğlu Kişi idi.

Təkcə böyük bir nəslin – Acalovlar nəslinin deyil, elə biz yazarların da ağsaqqalı idi.

Heç kimlə mübahisə etmək istəmirəm, özünün söhbətinə əsaslanıb yazıram. Abbas əmi əslən qarabağlıydı. Bu nəsil Nadir şahın vaxtında Gürcüstana köçürülən qarabağlılardan idi.

Bu nəsli şöhrətləndirən məşhur qaçaq Acal olmuşdu ki, onun haqqında Gürcüstanda və Qazax bölgəsində rəvayətlər hələ də canlıdı.

Abbas əmi deyirdi ki, əslinə qalsa onların familiyası Hacıbəyovdu və Üzeyir bəylə eyni nəsildəndirlər. Sadəcə olaraq, Sovet hökuməti gələndə «bəylini» atıblar, qalıb «Hacı», gürcülər də «Hacı» sözünü öz dillərinə uyğunlaşdırıb Acal yazıblar.

Bir dəfə İstanbulda konsulluqda dərdləşirdik. Dedi ki, tarixin ironiyasına bax.

- İbrahim xanın İstanbulda Osmanlı sultanının yanındakı nümayəndəsi Seyid Əli olub ki, Qacar 1797-ci ildə Şuşada cəmi altı nəfərin ölümünə fərman verib, onun biri də Seyid Əli olub. Özü də deyib ki, Seyid olduğuna görə qanını tökməyin, boğun öldürün. Həmin Seyid Əli də Yusif Vəzir Çəmənzəminlinin ulu babasıdı. 1918-ci ildə Azərbaycan cümhuriyyəti qurulanda Yusif Vəzir də İstanbula Azərbaycanın səfiri göndərildi. Onun da taleyini bilirsən. İndi taleyə bax, mən də o nəsildənəm, Azərbaycan müstəqilliyini qazanıb və məni, həmin nəslin nümayəndəsini, İstanbula konsul göndəriblər. Görən, mənim taleyim necə olacaq?

O vaxt Azərbaycan konsulluğu Taksimdə Qalatasaray litseyinin yanındaydı. Əsrin əvvəllərində isə Azərbaycan səfirliyi Sultan Əhməd tərəfdə olmuşdu. Çox çalışırdı və arzulayırdı ki, konsulluğu həmin binaya köçürtsün. Amma gücü çatmadı. Qapısı da İstanbulda təhsil alan uşaqların üzünə həmişə açıq idi. Nə vaxt gedirdin yanında hərəsinin öz dərdi olan tələbələri görərdin.

Hərdən görüşərdik. Soruşanda ki, Abbas əmi, necəsən, qayıdardı ki, mən də yaşayıram. Əgər bunun adına yaşamaq deyirlərsə!

Zarafatından qalmazdı, üzündən də gülüş əskik olmazdı. Amma gözlərinin içində gülüş görmədim.

Vaqif Bayatlı Səttar Bəhlulzadəyə həsr etdiyi bir şeirdə deyir:

Ölsəydi

bu dünyanın qara torpaqları

doldurammazdı

onun üz qırışlarını.

Ölmədi

su kimi çəkilib

torpağa çökdü.

İndi Abbas əmi ölmədi, su kimi torpağa çəkildi.

Və sonda Abbas əminin bir zarafatı

1996-cı ildi. Atatürk hava limanından bizi yola salır. Uşaqlar da yanımdadı. Birdən Tuncaya qayıtdı ki:

- De görüm, əmin sənə nə alsın?

Tuncay:

- Abbas əmi, bu aeroportu al mənə.

Möhkəm güldü, dedi:

- Ə, köpəyoğlu, bu aeroportu almağa Abbas əmiyin g… çatmaz. Gəl gedək sənə bir az konfetdən-şokoladdan alım.

Kəpənəkçidən bir kəpənək də uçdu göylərə…



İmza:

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK