nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu Adalet.az | Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Ötən gün avtobus qəzasında xəsarət alan qadınların kimliyi məlum oldu

2564    |   2019-09-05 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, sentyabrın 4-də günorta saatlarında Nobel prospektində minik avtomobilinin avtobusla toqquşması nəticəsində iki nəfər qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı sol baldırın üçdə bir hissəsinin amputasiyası, 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri alıblar.

Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, ötən gün Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.




İmza:
SON XƏBƏRLƏR
2020-02-19
2020-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK