hacklink Adalet.az | AFFA "Neftçi"nin məşqçisini 20 oyunluq cəzalandırıb Adalet.az | AFFA "Neftçi"nin məşqçisini 20 oyunluq cəzalandırıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

AFFA "Neftçi"nin məşqçisini 20 oyunluq cəzalandırıb

12445    |   2019-09-03 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında III turun "Neftçi" - "Sumqayıt" matçında baş verənlərlə əlaqədar tədbir görüb. 

Adalet.az həmin qərarları təqdim edir.

1 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın III turunun "Neftçi” – "Sumqayıt” matçının 82-ci dəqiqəsində "Sumqayıt” klubunun 17 №-li futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 47).

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 47).

Oyunun 90+4-cü dəqiqəsində "Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur(maddə 37.2).

Oyunun 90+4-cü dəqiqəsində "Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur(maddə 37.8), (maddə 37.10), (maddə 17.8).

"Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra "Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimə olunur(maddə 49.6).



İmza:
SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK