hacklink Adalet.az | Xoruz yaşlı qadını öldürdü Adalet.az | Xoruz yaşlı qadını öldürdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Xoruz yaşlı qadını öldürdü

8472    |   2019-09-02 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avstraliyada yaşlı bir qadın hində yumurta topladığı zaman xoruzun hücumuna məruz qalıb və bu hücum sonrasında həyatını itirib.

Adalet.az xəbər verir ki, xoruz dimdiyi ilə qadının şah damarını partladıb və çoxlu qan itirən qadın ölüb.
Insanları şok edən bu hadisə zərərsiz heyvanların da öldürücü ola biləcəyinə dair xəbərdarlığın edilməsinə yol açıb.

İngilis "Daily Star” qəzetinin xəbərinə görə, Adelaide Universitetinin tibb uzmanı Roger Byard digər bir yaşlı qadının da pişiyinin cırmaqlaması nəticəsində öldüyünü deyib.

Zərərsiz heyvanların səbəb olduğu ölümlər üzərində çalışan professor Byardın məqsədi həkimlərinin də ekspertiza rəyləri əsasında insanları bu gizli təhlükədən qorumaqdır.



İmza:
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO