hacklink Adalet.az | Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır Adalet.az | Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Alimlər: Qadınların yaddaşı kişilərə nisbətən daha yaxşıdır

8513    |   2019-09-02 10:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsveçdə Karolina İnstitutunun alimləri qadınlarınyaddaşınıkişilərin yaddaşı ilə müqayisə etmək məqsədilə araşdırma aparıblar.

Bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər 1973-2003-cü illərdə 1,2 milyondan çox insan arasında aparılan 600-dən artıq tədqiqatın nəticələrini incələdikdən sonrabelə qənaətə gəliblər ki, qadınlarda epizodik yaddaş daha yaxşı inkişaf edir.

Bu səbəbdən onlar öz həyatlarında baş verən hadisələrin xırdalıqlarını, məsələn, danışıq əsnasında deyilənləri daha yaxşı yadda saxlayır, yaxud ötən həftə müəyyən vaxtda nə baş verdiyini daha tez yada sala bilirlər.

Bundan başqa, qadınların göz vəsensor yaddaşı daha güclüdür, ona görə də onlar insanların üzlərini daha yaxşı yadda saxlayır, müxtəlif qoxuları daha yaxşıayırd edə bilirlər.

Bununla yanaşı, alimlərin sözlərinə əsasən, kişilərin də bəzi üstünlükləri var. Onlar məkanla bağlı məlumatları daha asan yadda saxlayırlar. Bu səbəbdən, məsələn, onlar üçün avtomobili parkinq etdikləri yeri tapmaq daha asandır.

Alimlər onu da vurğulayır ki, epizodik yaddaş yaddaşın ən həssas növlərindən olduğu üçün yuxusuzluq, stress və qocalma kimi mənfi amillərin təsirinə dahameyillidir.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK