ANA SƏHİFƏ / ŞOU-BİZNES

Çılpaq qızlar qalmaqala səbəb oldu - Kərimova ilə jurnalist məhkəmədə görüşəcək

13475    |   2019-08-28 16:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

Bu haqda Axsam.az saytı məlumat yayıb.

Tərəflər arasında qalmaqala səbəb Xalq artisti Flora Kərimovanın videosu yayılan üç qız barədə "Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası olub.

"Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin "Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz"kimi bitməmiş sualına "Yaxşı arvadın əri ailədən getməzdi"deyərək, özünə bəraət qazandıran, "efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm"deyəfəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?!", - deyə Alovlu Kərimovaya səslənib.

Xalq artisti Flora KərimovaOxu.Az-a açıqlamasında jurnalisti məhkəməyə verdiyinitəsdiqləyib və Alovlunun onu təhqir etdiyini söyləyib:

"Mən borclarımı qaytarıram. Açın, oxuyun, görün, o mənim ünvanıma hansı sözlər işlədib və haqqımda nələr yazıb. Mən indi bu məsələnin dərinliyinə varmaq istəmirəm. Lakin məhkəmə olacaq".

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Ü.Alovlu ilə də əlaqə saxlayıb.

Jurnalist qarşı tərəfi təhqir etmədiyini, sadəcə fikrini dilə gətirdiyini söyləyib:

"Mən Flora Kərimovanı təhqir etməmişəm,etmərəm də. Sadəcə söyləmişəm ki, o, efirdə ilk dəfə dekolteli libasgeyinib və ahıl yaşında çılpaq şəkildə vannada uzanıb şəkil çəkdirib. Mən jurnalistəm, cəmiyyətdə baş verən hər hansısa hadisəyə münasibət bildirmişəm. Bu, mənim haqqımdır. Amma mən Flora xanımdan fərqli olaraq heç kimi söyməmişəm.

O, Azərbaycanın dahi sənətkarı və divasıdır. Amma fikirlərində çox böyük yalnışlığa yol verib. Şəxsən o,həmin üç qızı söyüb, təhqir edib. Hətta qızlara qarşı müxtəlif çağırışlar edib. Bu isə heç bir məntiqə sığmır. O, əxlaq polisi deyil. Xalqın artistidir. Onları baltalamağa, şərəf və layəqətlərini ayaqlar altına atmağa nə onun, nə dədigər insanların ixtiyarı var".

Ü.Alovlu məhkəmə olacağıtəqdirdə prosesin açıq şəkildə keçirilməsinəçalışacağını, bu qalmaqalda kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarmaqistədiyini vurğulayıb.

"Məhkəməyə verildiyimlə bağlı xəbəriilk sizdən eşidirəm. Əgər məhkəməyə veribsə, canı sağ olsun. Mən də çalışaram məhkəmə prosesi açıq keçsin, jurnalist həmkarlarımız gəlib iştirak etsinlər. Onlar da bu məsələdə hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunu öz gözləri ilə şahidi olsunlar".




İmza:

Xanəndəyə ağır itki: “Canım anam”

Müğənni Rəqsanə: "Gözüm, könlüm toxdu mənim...”

Pərviz Abdullayev Türkiyədə parodiya olundu: “Toyuq budu nə gedəəərrr?” - VİDEO

Acun Ilıcalı doğum gününü sevgilisi ilə qeyd etdi: “Üç qitədə...”

Alyona təbrik etdi: ” Səni hədsiz dərəcədə sevirəm!”

Aygün Kazımova 19 il əvvəl və sonra...

Roza Zərgərli yenə heyrətləndirdi: 22 il əvvəl...

Renka növbəti dəfə soyundu: Döymələrini göstərdi

Nazpəri Dostəliyevanın S.Stalonne “dolaşığı”

Əməkdar artist kreditlə lüks avtomobil aldı - VİDEO

Xalq artisti Röya açıq-saçıq paylaşımı ilə fit bədənini nümayiş etdirdi - VİDEO

Şəhriyar Məmmədyarovla qohum olan “Qurd”: “İkinci evliliyimin övladlarıma təsiri yoxdur” - VİDEO

SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK