hacklink Adalet.az | Rəşad Dağlının həyat yoldaşı boşanmasından danışdı - YENİLƏNİB Adalet.az | Rəşad Dağlının həyat yoldaşı boşanmasından danışdı - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Rəşad Dağlının həyat yoldaşı boşanmasından danışdı - YENİLƏNİB

9620    |   2019-08-28 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

17:31

Meyxanaçı Rəşad Dağlı həyat yoldaşı Nailə Süleymanzadə ilə yollarını ayırmaq qərarına gəliblər. Məşhurun həyat yoldaşı boşanma ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

Adalet.az Azxeber.com-a istinadən xəbər verir ki, Nailə Süleymanzadə boşanmanın səbəbləri haqda danışıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil"

Cütlüyün Yusif və Bətül adlı iki övladı var.

---------

17:11

"Bu xəbər yalandır. Bilmirik bunu kim, nə məqsədlə yayıb. Amma şayiədən başqa bir şey deyil".

Adalet.az xəbər verir ki, bu sözləri haqqında boşanma xəbəri yayılan meyxanaçı Rəşad Dağlının qardaşı Ağa Əmirov News24.az-a açıqlamasında deyib.

O bildirib ki, yayılan xəbərin heç bir əsası yoxdur: "Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyəndir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır".

Ağa Əmirov bildirib ki, boşanma haqda yayılan əsassız xəbərlər onun övladlarına çox pis təsir edib: "Qardaşımın iki balası var.

Oğlu birinci sinifə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur".

Ağa Əmirov Nailə Süleymanzadənin boşanma ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciətinin də yalan olduğunu bildirib: "Bu da uydurmadır. Başqa nə deyəcəklər? Ailə münaqişəsi-filan deyib camaatı inandırmaq istəyəcəklər də..."

---------

15:27

Həyat yoldaşı meyxanaçı Rəşad Dağlıdan boşanır.

Adalet.az Axşam.az-a istinadən bildirir ki, Nailə Süleymanzadə bununla bağlı artıq məhkəməyə müraciət edib.

O, Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Əmirov Rəşad Vaqif oğlundan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, cütlük 2010-cu ildə ailə qurub. Onların Vaqif adlı övladı var.




İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK