nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əli Həsənov: Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir Adalet.az | Əli Həsənov: Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Həsənov: Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir

11855    |   2019-08-28 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir.

Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində bildirib.

Paylaşımda qeyd edilir:

"Tez-tez bu cür suallarla qarşılaşıram "Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz? Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. (Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır) Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram".




İmza:

Sooronbay Jeenbekov Prezident İlham Əliyevi təbrik edib

MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

İranda səsvermənin müddəti uzadılıb

Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK