Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əli Əhmədov: "Mühacir müxalifət öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökür" Adalet.az | Əli Əhmədov: "Mühacir müxalifət öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökür" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: "Mühacir müxalifət öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökür"

8233    |   2019-08-28 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində "Müxalifətin Ermənistan heyranlığı" adlı məqalə yazıb.

Adalet.az həmin məqaləni təqdim edir.

"Son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb. Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb. Sözügedən müxalifətin siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaq, Azərbaycana qarşı birgə mübarizə aparmaq taktikası yeni deyil. Təxminən 15 il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclər şöbəsinin sədri və Əli Kərimlinin ən yaxın çevrəsinə daxil olan Ruslan Bəşirlinin Azərbaycan hakimiyyətinə qarşı birgə fəaliyyət göstərmək məqsədilə Tiflisdə ermənilərlə danışıqlar aparması, maliyyə yardımı istəməsi barədə söhbətləri yəqin ki, çoxlarınin yadındadır. O zaman bu iyrənc plan ifşa edildi, AXCP-nin əsl anti-Azərbaycan mahiyyəti üzə çıxdı. İndi onlar anti-Azərbaycan kampaniyasında erməni faktorundan yenidən gen-bol istifadə etməyə başlayıblar. Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik”, "tərəqqidə olan”, "Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər. Belə yalanlardan biri bundan ibarətdir ki, güya Ermənistan parlamentində müxalifətə 30 faizlik kvota verilib, Azərbaycanda isə bu təcrübə yoxdur. Beləliklə, onların yalanları sayəsində Ermənistanın güya daha demokratik imici "yaradılır”. Əvvəla, onlar ya başa düşmür, ya da başa düşmək istəmirlər ki, parlamentdə müxalifətə və ya digər siyasi partiyalara kvota verilməsi demokratiya anlayışı ilə qətiyyən bir araya sığmır. Çünki bu halda deputatların seçilməsindən deyil, kvotaya uyğun olaraq təyin olunmasından söhbət gedə bilər. İkincisi isə, mühacir müxalifətin Ermənistanı daha "demokratik” ölkə qismində göstərmək üçün bəh-bəhlə təriflədiyi "kvota” məsələsi tamamilə ağ yalan, uydurmadır. Ermənistan konstitusiyasına əsasən parlamentdə kvota praktikası tətbiq olunmur. Ümumiyyətlə, heç bir demokratik dövlətdə belə praktika yoxdur.

Qeyd etmək istədiyim digər nümunə isə müxalifətə yuxarıda qeyd olunanlardan heç də az utanc gətirmir. Yenə də mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha "demokratik” obrazını yaratmaq məqsədilə PaşinyanınDağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sarkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan "möhtəşəm” jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Koçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu "demokratik, milli birliyi təmin olunmuş” Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir.

Həmin TV kanallarında Ermənistanın "inkişaf edən, çiçəklənən” ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar. Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı "demokratik”, Azərbaycanı isə "qeyri-demokratik” ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq. Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin. Əminəm ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək".




İmza:

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gürcü nazir Bakıya danışıqlara gəlir

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK