viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ Adalet.az | Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

16475    |   2019-08-28 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Seksin poeziyası” adlı yeni kitabı dərc olunan yazar Aysel Əlizadə ilə ədəbiyyat, qadınlar və kişilər mövzularında söhbət etdik. Adalet.az həmin söhbəti təqdim edir.

- Yeni kitabınız dərc olundu. Maraqlı da adı var: "Seksin poeziyası”. Niyə bu ad?

​⁃​ Kitab yox, ədəbiyyatda "Məxməri inqilab" deyirəm mən ona. Dizaynı, içindəki rəsmlər, şeir və ayrıca misralar, kiçik qeydlər adı və verdiyi mesajlar birlikdə yeni bir mərhələdi. Ruh, beyin və ürək birləşməsi var kitabda. İnsan, dünya və həyat var. Başlanğıc, orta və son var. Buna görə də adını "Seksin poeziyası" qoydum. Ağalar Qut "Bir az özüməm, bir az başqası, bir az sən" üçlüyümə "üç üqnum" kimi şərh vermişdi. Xristianlıqda "üç üqnum" "müqəddəs üçlük" kimi izah edilir; Ata, oğul və müqəddəs ruh. Orada müqəddəs ruh yaradılışdı, can verəndi. Cinssiz qəbul edilsə də mənə görə bu ruh doğandı, qadındı. Seksin poeziyası bütün bu dərin qatları, bu harmoniyanı ifadə edir.

- Ədəbiyyatdan nə kimi gözləntiləriniz var?

- Ədəbiyyatdan gözləntim yoxdu. Ədəbiyyatın bizdən gözləntisi var: Yazardan - Yazmaq, Oxucudan - oxumaq gözləntisi...

- Qadınların yaxşı xüsusiyyətlərindən həmişə danışırıq. Bəlkə bir az da pis xüsusiyyətlərindən danışasınız.

​⁃​Heç bir cinsi birmənalı müdafiə etmirəm. Pis və yaxşı xüsusiyyət cinsə bölünmür. Mənim davam "kişi kimi" ifadəsinin yaxşı, "qadın kimi" ifadəsinin pis xüsusiyyət kimi təqdim və qəbul olunmasıyladı. Mən qadınam. Bütün ömrümü də qadın kimi yaşamışam. Cəsarətliyəm, dürüstəm, mərdəm. Kişi kimi yox, elə özüm kimi, qadın kimi mərdəm.

- Qadınların heç mənfi cəhətləri yoxdu?


​⁃ ​Dediyim kimi, mənfi cəhət cinsə bölünmür. Qadınların mental tərbiyədən formalaşan yanlış yanaşmaları olur. Bunları "Əziz qadınlar, bunları etməyin" yazımda vurğulamışam. Məsələn, kişini həyatının prioritet məsələsinə çevirmək yanlışdı. Olsun, son hədəf kimi yox, dost kimi, yoldaş kimi, yanında olsun. Məsələn, axmaq, zorakı ərə, pis ataya uşağa görə dözmək yanlışdı. Əksinə pis atadan uşağı qorumaq gərəkdi. Ömrünü qazan dibində keçirib yaşlı vaxtında geriyə-qazana həsr etdiyin həyatına baxıb əzabla köks ötürmək, yanlışdı.

- Bəs, sizcə, kişilərin ümumi mənfi cəhətləri var?

⁃ ​Patriarxal müstəvidə çözsək, "kişilərin qurduqları cəmiyyətdə hər kəs əziyyət çəkir", - deyərəm.

- Kişinin xəyanəti ilə qadının xəyanətinin fərqi var, ya yoxdur?

⁃ ​Yoxdu. Xəyanət xəyanətdi. Şəxsən mənə qalsa, xəyanəti fiziki akt, hadisə saymıram. Mənəvi hadisədi xəyanət. Məsələn, sevdiyin adam gizlincə sənin prinsiplərinə zidd hərəkət edirsə, bu, xəyanətdi. Sənin çox arzuladığın yerə səndən gizlin, tək gedirsə, bu, xəyanətdi. Səni incidən, qəlbini qıran adamla gizlincə dostluq edirsə, bu, xəyanətdi. Dəyərlərini səndən xəbərsiz əzirsə, bu, xəyanətdi. Bütün münasibətlərdə belədi. Övladım hakim olsa və ədalətsiz qərar çıxarsa, gözümdə mənə, insanlığa, vicdan anlayışına xəyanət etmiş olacaq.

- Bir şeirinizdə belə yazmısınız:

Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm,

Olarsa nə gözəl, olmazsa eybi yox... 

"Olarsa nə gözəl, olmazsa eybi yox" dediyiniz başqa nələr var?

​ Yaxşı sualdır. Zaman-zaman fərqli şeylərə qarşı bu hissim olub, pula, vəzifəyə, şöhrətə, ailə həyatına, daha bir övlada. "Olarsa nə gözəl, olmazsa faciə deyil" düşünmüşəm. Kəramət Böyükçöl haqqımda bir yazı yazmışdı. Təxminən belə fikir vardı: "Sən xoşbəxt olmaq üçün əlindən gələni etmisən". Haqlıydı... İndi yalnız zamana ehtiyacım var, qızımı böyütmək, üzərimə götürdüyüm işləri görmək üçün bir az zaman lazımdı. Bir az çox yaşamaq istəyirəm. "Olmazsa olmaz"larla məşğulam. Nə bilim, uçağım olmasa, "eybi yox" deyərəm.)

- Bəs "olmazsa eybi yox” deyə bilmədiyiniz nələr var?

​Sağlamlıq.

​- "Məni fəth etdin” deyirsiniz şeirinizdə - bir qadın kimi. Həmişə kişi fəth etməlidir? Qadın fəth edə bilməz?


​Po-etika onu tələb edirdi, elə yazdım. "Səni fəth etdim, İstanbul oldun" yazsam, özümü çox açıq öymüş olardım, etik olmazdı. Özəlliyi qarşı tərəfə verdim. Sən edə bildin, bacardın, güclüsən deyib motivasiya verdim. Bəlkə qarşı tərəf də əksini düşünürdü? Nə bilmək olar. Həm də sevgi şeirləri adətən "atdın, incitdin, üzdün" şablonları üzərində yazılır. Bu şeirdə fərqli olmasını istədim. Sevgi əzab deyil. Onun səni fəth etməsi belə gözəldi. Bu hissi yaşadan adama sağ ol düşür. Sənlə deyilsə, sənlə qala bilməyibsə, buna görə onu söymək, düşməncə münasibət göstərmək, qınamaq sevgi deyil. Aqressivlikdi, ruhsuzluqdu, hüceyrələrində ağırlıq daşımaqdı. Sevgi elə bir ucalıqdı ki, ora çatanda insan həzz yaşayır, gerçək sevgi insanı əzabla doldura bilməz. Orda sən hissin böyüklüyündə əriyib itirsən. Sevdiyin uzaqda olsa belə sevgin ağrı vermir. Ondan gözləntin olmur. Mütləq mənim olmalısan, mənə hesabat verməlisən hikkəsi ilə yaşamırsan. O şeirdə belə bir bənd var:

"Mən sənin hər şeyin olmağa hazıram:

sevgilin, dostun, tanışın

Mən sənin heç nəyin olmağa da hazıram".

Sevgi belə bir barışdı...

- Yetişən yeni nəsildən, uşaqlardan razısınızmı?

- Xeyr, deyiləm! Bu məsələdə hamımız bədbəxtik. Normal insanın yetişdirilməsi üçün qadın-kişi harmoniyası olmalıdır və ən əsası dövlət yardım etməlidir. İstər maddi, istər psixoloji dəstək göstərilməlidir. Baxçalara, məktəblərə xüsusi diqqət göstərilməlidir.

- Qadınlar niyə istedadda kişilərdən geri qalırlar?

- Bu sualı məni əsəbləşdirmək üçün verirsiz?

- Qətiyyən! Gördüyümü deyirəm.

- Qadınlar əllərinə keçən fürsətlərdən maksimum istifadə ediblər. İmkan yaranan kimi iki dəfə Nobel mükafatı alan ilk alim də qadın olub.

Bəs, ədəbiyyat? Qadın yazarlarımız kişi yazarlardan geri qalmır?

Yox, əlbəttə geri qalmır. İctimai, mental, məişət əngəllərini aşa bilən qadın seçdiyi sahədə uğurlu olur. Əngəl aşmaq asan deyil. Qadın nəyəsə çatmaq üçün beşqat zəhmət çəkməli olur. Məsələn, siz gedib rahatca hansısa ağacın kölgəsində təkbaşına şeir yaza bilərsiz. Qadın bunu asanlıqla edə bilmir. O bir şeiri yazanacan zəhləsini aparacaqlar. Buna görə də yazar adını qazanan qadın riyazi məntiqlə zəif ola bilməz. Bir balaca zəif olsaydı, önyarğılardan, əngəllərdən qurtulub yazıçı ola bilməzdi.

- Hal-hazırda ölkədə kitaba olan marağa münasibətiniz necədir?

- Vəziyyət istədiyimiz kimi deyil, amma kitablar yavaş-yavaş satılır. Buzlar əriyir, oxucu artır. Kitab satışında yazıçıların da iştirakı önəmlidi. Problem yazdıqlarımızda deyil. Dünyada ən mənasız kitablar, ən zəif əsərlər də satılır. Əgər mexanizm özü işləkdirsə, nə kitab olsa satılır.

Yazıçılarımız gərək kitablarının reklamı ilə məşğul olsunlar, satılması üçün nəsə etsinlər. "Mən yazdım, çap elədim, məndən çıxdı” deməklə olmur. Çünki sektor formalaşmayıb. "Məndən çıxdı” natamam yanaşmadı. Bu, bakteriya, mikrob deyil, canının bir parçasıdır, uşağın da deyil, ondan fərqlidi. Bu, sənin özünsən! Özünü dərviş kimi göstərmə. Dərvişlər kitab çap eləmir. Dərvişsən, götür çomağını düş küçələrə.


- Günel Mövlud da feministdir, siz də. Niyə onun feministliyi adamı qıcıqlandırır, sizin feministliyiniz isə yox?

- Qıcıqlandırmaq xarakterimə yaddı. Adamların əsəbləri ilə oynamağı sevmirəm və bacarmıram. Zorla sevgi qazanılmır, zorla yalnız nifrət qazanılır. Kişiləri aşağılamaqla uğur əldə edə biləcəyimizə inanmıram. Çünki qadının aşağılanmasına qarşıyam, eyni şeyi özüm əks cinsə etmərəm. Təmsil etdiyin ideya varlığınla vəhdətdə olmasa, inanmayacaqlar sənə. Hər sahədə "sonradan görmüş” adamlar olur. Bir ideolojini zorla özününkü etmək mümkün deyil. Ona ruhunla, canınla, beyninlə bağlı olmasan, nə sənə, nə sənin ifadəndə başqalarına yapışır. Günel xanımı feminist kimi tanımamışam. Həmişə kişiləri müdafiə etdiyini görmüşəm. Həmcinslərinə empat kimi yanaşmayıb. Görünür, xarici ölkəyə gedəndən sonra baxıb ki, məsələ ayrı cürdü. Üstəlik, feminizm Avropada çox önəmli cərəyandı. Bərabərlik Qərb üçün prioritet mövzudu. Bundan da tutarlı sahə və yaxşı qrant mənbəyi kimi istifadə edən dırnaqarası feminist çoxdu.

- Məncə, Azərbaycanda qadına çox böyük hörmət var.

- Avtobusda yer verməklə hörmət olmur. İstəmirəm, elə hörmət, kimə lazımdır!? Nəyə fayda verir? Ayaqüstə duraram. Kanadada dostum yaşlı qadına yer verib, bütün sərnişinlər ona çəp-çəp baxıb. Qadın atletik hərəkətlər edib, göstərməyə çalışıb ki, səndən zəif və qoca deyiləm. Erkən yaşda ərə verilən qızların hüquqlarını müdafiə etsin kişilər. Ailə təzyiqindən intihar edənlərin haqqını dilləndirsinlər. Köləliyə məhkum, çarəsiz, gedəcək yeri olmayan qadınlara yer versinlər bacarırlarsa. Qadına şiddət göstərən həmcinslərini qınasınlar. Avtobusda cəmiyyət qurulmur. Uzaqbaşı, adam balası kimi bir dayanacaqda minib o birində düşməyi öyrətmək olar.




İmza:Ulucay AKİF

Əli Əhmədov: “İstefaya getmək məmurun cəzalandırılması deyil” - MÜSAHİBƏ

Şəfəq Şahməmmədova: Azərbaycan Dillər Universitetinə maraq ildən-ilə artmaqdadır

VAQİF ƏSƏDOV: MƏNZİL BAŞINA SALAMAT ÇATMAQ İSTƏYİRSİNİZSƏ...

“Döyüşə gedəndə də heç kimi özündən qabağa buraxmırdı...”

Sevqi birlikdən yaranır, birliyə aparır - PSİXOLOQLA SÖHBƏT

Şəhid pilotun xanımı: “Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

İnsan dünya planetini özü ilə yüksəldə bilər

Rəşad Məcid: "Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam" - MÜSAHİBƏ

“Görünən hər şey mənəm” - MÜSAHİBƏ

"İstintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faiz azalıb"

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK