hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: UZAQLIQ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: UZAQLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: UZAQLIQ

Ölüm uzaqlıq deyil

6426    |   2019-08-26 09:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan Allahın ən sevimli məxluqudur. Necə deyərlər, onun içində olanları fələk də bilmir. O qədər sirlər, o qədər qayğılar, o qədər arzular, xəyallar yatır insanın içərisində ki, onu çözməyə, onu oxumağa bir ömür bəs etmir. Görünür, elə bu səbəbdəndir ki, böyük Səməd Vurğun demiş, "dünya da sirrini sirdaşa”, yəni insana açmır. Bilir ki, o sirr saxlamayacaq, o hardasa, nə vaxtsa açıb tökəcək bütün olanları. Və belə olan halda sirr öz mahiyyətini itirəcək, açılıb töküləcək ortaya. Amma...

Bu dünyada elə insanlar, elə Allah bəndələri var ki, təkcə sirr dünyası deyil, həm də sirr quyusudu. Onun iç dünyasına nə düşdüsə, o quyuya nə atıldısa, ən güclü işığın altında da görmək mümkün deyil. Ona görə də həmin o sirr quyusunun tilsimini öyrənmək, "sim-sim”indən xəbərdar olmaq da çətindi. Hətta kol dibində, qapı arxasında dayanıb dinləsən də, lap "Ələddin” olsan da "sim-sim”i öyrənə bilməyəcəksən. Deməli, sonda yenə yük sənin çiyninə düşəcək və sən öz sirrinin qanadı altında xəyallara dalacaqsan. Və bir də baxıb görəcəksən ki, bu sirli dünyanın içi sirr quyusu olan insanlarından birinə çevrilmisən...

Bəli, mən indi tam əminliklə deyə bilərəm ki, ölüm uzaqlıq deyil. Yəni ölməklə uzaqlaşmaq mümkün olmur, əksinə, daha çox yaxınlaşırsan səndən qabaq ölmüşlərə, səndən qabaq köçmüşlərə. Və daha çox da arxada qalanları çəkirsən özünə tərəf, elə bil ki, onlara yol açmış olursan. Və sən bu məqamında və bu durumunda ən təmiz bəndə olursan. Heç kim sənə diş qıcamır... heç kim səni qısqanmır... heç kim səndən giley etmir. Və sən də öz növbəndə heç kimdən gizlənmirsən, daldalanmırsan, ehtiyatlanmırsan!.. Axı sən ölmüsən. Və deməli, sənin heç kimdən çəkinən yerin, heç kimdən gizlənmək amacın yoxdu. Sən Sənsən! Və mən də sənin sən olduğunu indi daha çox anlayıram. Çünki sən məndən danışırsan, səndən uzaqlaşmış birindən... Özü də o qədər rahat, arxayın danışırsan ki, sanki heç əvvəlki insan deyilsən. Danışığında nə qısqanclıq var... nə çəkinmək var... nə kimdənsə ehtiyatlanırsan... nə də ağlına gətirmirsən ki, kimsə bu söhbəti eşidib ona don geyindirər... Birlikdə gəzdiyimiz yerlərdən, yaşadığımız anlardan, xoş təəssüratlı məqamlardan... Bax, sən indi özünsən. Axı sən heç vaxt özün olmamısan. Qarşında heç bir sədd yoxdu. Və bu səddin olmaması da sənin özün olman üçün böyük bir meydan açıb - azadlıq meydanı, özünüifadə etmək meydanı!..

Hə, baxıram... Özümün olduğu dünyadan baxıram. Görürəm ki, hər şey nöqtəsinə, vergülünə kimi elə pıçıldayır, elə danışırsan ki, elə bil hansısa kitabdan bir səhifə oxuyursan... hansısa bir nağılı söyləyirsən... İlahi, o nə qədər səmimidi, o nə qədər gerçəkliyi söyləməkdə, etiraf etməkdə qətiyyətlidi. Axı o heç vaxt belə olmayıb - həmişə kimsə görər deyib, kimsə eşidər deyib. Və hətta mənim sevgi pıçıltılarıma, sevgi yazılarıma bir az sərt yanaşıb. O qədər açıq-saçıqlıq olmaz deyib. Amma indi özü danışır, özü söyləyir... Və deməli, mənim yoxluğum, mənim uzaqlaşmam onun rahatlığı, onun sərbəstliyidi, sevgimin azadlığıdı. Və:


Yoruldum bitməyən dərddən,

Bu ölü bitməyən dərddən...

Uzağa getməyən dərddən –

Bəs mən necə uzaqlaşım?!


İçimdə söylənib durdum

Kim idim? – öyrənib durdum.

Mən qəmi göy dərib, durdum –

İndi necə uzaqlaşım?!


Qoymadım günüm gün olsun

İstəyim dönüb kin olsun...

Allah, kaş yuxum çin olsun –

Qoş bir köçə uzaqlaşım...


Kül altda közüm ağlasın

Dil altda sözüm ağlasın...

Özümü özüm ağlasın –

Bir "heç-heçə” uzaqlaşım...


Deməli, uzaqlaşmaq və çıxıb getmək, elə çıxıb getdiyin yerdə də özünü yenidən tapmaq mümkündü. Mən bunu əminliklə vurğulayıram. Ona görə ki, köçənlər, gedənlər hamısı öz dəqiq ünvanlarındadılar. Onların söz, söhbəti, sevgisi, nifrəti aşkardı. Hər yerdə, hər məqamda danışılır və bundan da kimsə çəkinib üzülmür. Bax, bu mənada sən indi özünə bir də yaxşı bax. Onda görəcəksən ki, sənin də rahat, qayğısız günlərin yaxınlaşmaqdadır. Uzaqlaşan mən əslində sənə tam yaxınlaşmaqla sənə həm də özünü qaytarıram, çəkinməyən, sıxılmayan üzülməyən özünü!

***

Düşüncələr yaxamdan tutub məni hara çəkir çəksin, indiki anda mənim ruhuma da, ağlıma da hakim olan bir məqam var. Mən hələ də üz tutduğum uzaqlıqdan geriyə boylanıram və görürəm ki, səninlə üzbəüz dayanmışam. Danışırıq, görüşürük, kimlərisə mövzumuzun qəhrəmanı edirik, kimlərisə xatırlayırıq, amma bircə sevgimizdən danışmırıq. Çünki ondan danışmaq sənin üçün boş şeydi... səni rahatsız edir... səni guya ki, hər kəsə tanıdır... Amma bu sənin öz yaratdığın və bütün cəhdinlə qoruyub gizlətdiyin sirli dünyanın gözlərdən uzaq tutulması üçündür. Mən isə əksinə, haqdan gələnin, haqqın ürəyimə, ruhuma səpdiyi sevginin hər kəs tərəfindən görünməsini çox istəyirəm. Çünki o, bir varlığın içərisindəki başqa bir varlığın mövcudluğu deməkdir... Bu bir ürəyin içində ikinci ürəyin özəl dünya sahibinə çevrilməsidi. Belə olan halda niyə də onu gizlədim, niyə də onu görünməsinə problem yaradım?!

Bu yerdə ruhumun səsini eşidirəm. Və o səs mənə yazdığım misraları pıçıldayır.


Sönən bir işıq üçün

Kipriklərini sıxma...

Xəyalında qurduğun -

Yolun sonuna çıxma...


Getsən özünlə birgə

Sevgini də apar, get

İçindəki ümidi –

Toz olmaqdan xilas et!


Sadəcə dodağının

Ucunda bir ad göyərt...

Hər dəfə o adı de –

Və ürəyini kövrəlt...


İnsani duyğuların, bəşəri hisslərin sərhəddi olmur deyirlər. Amma insan bir çox hallarda özü öz hisslərinə, duyğularına, hətta dilinə sərhəd qoyur. Danışmaq istədiyini danışmır, demək istədiyini söyləmir, hissləri, duyğuları gözü yolda, gözü yaşlı qoyur. Və beləcə, həm də yarı yolda saxlayır. Təbii ki, bu da ona ürək bahasına başa gəlir. Ürək ağrısına, ürək sınmasına səbəb olur. Amma o, yolundan, dediklərindən dönmür. Çünki o həm sirli quyudu, həm də sevgi Tanrısının qulu. Deməli, burda bir yol qalır. O yolun da müşayətçisi xəyaldı. Sevən ürək, sirli ürək xəyallara sığınır... Onun qanadlarında özünə rahatlıq tapır. Özü özüylə danışır və deyir:


Bir anlıq xəyalından

Gəlib keçsəm ürpənmə...

Durduğun yerdə dayan –

Göz də qırpma, tərpənmə...


Mən o yerə Pir! – deyib

Ömrümü sərdim üstə...

Möcüzə, həm sirr! deyib –

Şeh səpdim dərdim üstə...


Ümid hopmuş göz yaşı

Məni səndə qurutdu...

Səndən qopan qığılcım –

Gözlərimi durultdu...


İçimdəki son ümid

Alıb məni götürdü...

Durduğun yerə qədər –

Xəyal məni ötürdü...


***

Bəli, mən gəldiyim qənaətin təsiri altında olmağıma baxmayaraq, yanılmadığımı düşünürəm. Bu qənaətin də mahiyyəti, necə deyərlər, əti, qanı olanı olduğu kimi görüb qəbul etməkdi. Tutaq ki, mən sənin gözlərinin özündə xəyalən yox, gerçəklik kimi, olduğun kimi gəlib dayanmaq istəyirəm. Bu anda hər kəs də məni görüb təəccüblənsə belə, görüb qəbul etmək zorunda qalacaq. Axı mən nə ilğımam, nə də kölgə!.. Mən səndə özünü tapmış bir Allah bəndəsi. Sən isə məndə özünü itirmiş bir ehtiyatlı, çəkingən, etiketləri şişirdən və onun qanadı altında kölgələnən, gizlənən, qorunan bir bəndə...

Bu dünyada təkcə qurub-yaratmaq, əl tutmaq, haya çatmaq, dəstək vermək hər şey deyil. Bu dünyada həm də sevib sevilməlisən. Onda tam olursan, bütöv olursan, mükəmməl olursan. Və mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Allahın yaratdığı bütün bəndələr sevirlər. Sadəcə onlar sevgiləri xırdalayıb bölürlər ailəyə, uşağa, mala pula, peşəyə, həyatın özünə, dağa, daşa... Amma bu böldüklərinin hamısını etiraf edən, dilinə gətirən Allah bəndəsi olan – istər qız olsun, istər oğlan, istər qadın olsun, istər kişi çəkinmədən demir ki, mən filan qızı sevirəm, mən filan oğlanı sevirəm. Hətta özünü elə göstərir ki, guya o sevgiyə laqeyddi. Amma xəyalındakı, yuxularındakı, hətta ürəyindəki sevgi ünvanıyla keçirdiyi anlar onun ömrünün qızıl zaman kəsiyidir. O məhz o zaman kəsiyində dünyanın ən xoşbəxt bəndəsidi. Çünki o sevir! Çünki onu sevirlər!

Deyəsən söylədiklərim sizdə bir çaşqınlıq yaratdı. Çünki yazımın adı "Uzaqlaşma”dı. Və yazımın girişində də vurğulamışam ki, ölmək uzaqlaşmaq deyil. Və bu fikrimin üstünə yenidən qayıdıram. Gəlin razılaşın ki, bu dünyada ölümlə və yaxud ölməklə nədənsə xilas olmaq istəyi reallığa çevrilmir. Axı ölən cismdi. Ruh isə yaşayır. Deməli, mənim sevgim də ruhumun sarıldığı ünvandı. Onu yaşamına qadağa qoya bilməzsən. Amma tam səmimi deyim, eşit və istəsən də inan:

- Danış sevgimizdən... danış xəyallarımızdan... danış yaşadıqlarımızdan... Onlar sənə sıxıntı gətirməyəcək. Və unutma ki, mən hər gün uzaqlaşa-uzaqlaşa sənə daha çox yaxınlaşıram. Və hətta bir şeirimdə yazmışam ki:


Xəyalımda nə varsa

Üst-üstə çinləyirən...

Özümlə danışanda –

Səni də dinləyirəm...


İçimdəki sükütu

Bağrın yardı pıçıltın...

Nəsə düşdü yadına –

Nə üçünsə hıçqırdın...


Çaşdım, yaşadıqlarım

Həm gerçəkdi, həm nağıl...

Bunlardan baş açmağa –

Qoymadın məndə ağıl!..


... Ayrılıqlara tərs sillədi sevgi... Ayrılıqlar üzərində qələbədi sevgi... Bu pafoslu, amma içdən gələn fikrin mahiyyəti elə bizim hər birimizdə özünü təsdiqləyibdi. Yol gözləməyimizlə, yola salmağımızla, birgə həyatımızdakı qarşılıqlı diqqətimizlə və bir-birimiz üçün yaşamağımızla...

Siz mənə bənd olmayın. Yazdıqlarım xəyallarım deyil, heç düşündüklərim də deyil. Yazdıqlarım yaşadıqlarımdı, yaşamaq istədiklərimdi. Bax, bu yaşadıqlarıma, yaşamaq istədiklərimə yolun uzaqlaşmaqdan keçdiyini son günlər daha yaxşı dərk etməyə başlayıram. Anlayıram ki, ölüm – uzaqlaşmaq bizi daha çox yaxınlaşdıracaq. Bu yaxınlıq üçün nə lazımdırsa, nə etmək gərəkdirsə, mən ondan çəkinmirəm. Sizi deyə bilmərəm... Seçim özünüzündü...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK