Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO) Adalet.az | Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

2637    |   2019-08-23 13:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün müsahibə mərhələsinin son günüdür. Müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.

Məhəbbət Vəliyeva media nümayəndələrinin diqqətinə çatdırıb ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 2 632 namizəd iştirak edib. Nazir müavini 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarıldığını deyib.

Təhsil nazirinin müavini vurğulayıb ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Builki müsahibələrdə müəllimliyə namizədlərin yüksək nəticələr göstərdiyini qeyd edən Məhəbbət Vəliyeva onların hər birinə uğurlar arzulayıb, müəllim adını qazanacaq namizədlərin təhsilin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.




İmza:

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Nazirlikdə kollegiya iclası keçirilib

Miqrasiya qanunvericiliyinin tələblərini pozan 5 əcnəbi saxlanılıb

BŞBPİ: Sürücünün yol polisini təhqir etməsi ilə bağlı yayılan qalmaqallı video araşdırılır

Nazirlikdən valideynlərə MÜRACİƏT - Uşaqlarınız təhlükədədir

Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK