Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” – DEPUTAT ƏSƏBLƏŞDİ Adalet.az | “Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” – DEPUTAT ƏSƏBLƏŞDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” – DEPUTAT ƏSƏBLƏŞDİ

8222    |   2019-08-23 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müxalifətin insan faciəsindən siyasi məqsədlər üçün istifadə etməsi artıq ənənvi hal alıb və bu nə əxlaqa, nə də insanlığa sığmır. Azərbaycan xalqı belə hallara qarşı barışmazdır və nəinki insanların, eləcə də mərhumun ailəsinin münasibətləri bunu sübut edir.

Bunu millət vəkili Tahir Rzayev hərbi pilot Rəşad Atakişiyevin ölümü, dəfn mərasimi və "MİQ-29”-un qəzaya uğrama səbəbi haqda Müdafiə Nazirliyinin (MN) məlum açıqlaması ətrafında baş verənlərə münasibətini bildirərkən deyib

"Allah şəhidimizə rəhmət eləsin. Biz igid oğullarımızla fəxr edirik və onların hər birinin xatirəsi bizim üçün əzizdir”-deyən millət vəkili bir daha hər kəsi siyasi mövqeyindən asılı olmayaraq, insan faciəsindən özləri üçün siyasi xal və kapital toplamaq cəhdlərinə son qoymağa dəvət edib:

"Bu, qəbuledilən deyil. Bu cür cəhdlər yolverilməzdir, insanlığıa ziddir”.

Millət vəkili eyni zamanda, dünəndən bəri "MİQ-29”-un qəzaya uğrama səbəbi haqda MN-nin açıqlaması ətrafında xoşagəlməyən, dövlətə və dövlətçiliyə zidd olan müzakirələrin başladığını və bundan böyük təəssüf hissi keçirdiyini bildirib:

"Hesab edirəm ki, Müdafiə Nazirliyi kimi, ciddi bir qurumun açıqlamasına çox ciddi yanaşılmalı və ona birmənalı şəkildə hörmət edilməlidir. Bu qurumun, təhlükəsizliyimizə, əmin-amanlığımıza birbaşa cavabdeh olan mühüm bir nazirliyin açıqlamasını kimsə şübhə altına almamalıdır. Buna kimsənin haqqı yoxdur. Eyni zamanda, bu məsələni başqa səmtə çəkməyə, onu ucuz vasitələrlə, populizmlə, saxta rafos və saxta vətənpərvərliklə hallandırmağa, dövlətə, dövlətçiliyə zidd olan mövqelər sərgiləməyə kimsənin haqqı çatmır, kimsəyə belə bir haqq-hüquq verilməyib.

Bəli, alternativ fikir, əks mövqe ola bilər. Bunu da kiməsə qadağan etmək olmaz. Amma durub olan qoyub, olmazı danışmaq, onu həqiqət kimi cəmiyyətə sırımaq, insanlarda dövlətə, dövlətçiliyə, onun çox mühüm bir strukturuna qarşı inamsızlıq yaratmaq bütün hallarda qəbuledilməz və yolverilməzdir. Dünəndən bu yana fikir verirəm, az qala hər kəs özünü dünya miqyaslı hərbi ekspert, hərbçi, hərb sahəsindən başı çıxan peşəkar müxətəxəssislər kimi, aparmağa, təqdim etməyə çalışır. Bir çoxları da bildi-bilmədi, ağıllarına və ağızlarına gələni söyləyir, iddia edir.

Görəsən, bunlar axı, nə vaxtdan mütəxəssis, sözləri ilə oturulub, durulan, sayılıb, seçilən hərbi ekspertlər, mütəxəssislər olublar? Olublarsa, bizim niyə indiyə qədər bunlardan xəbərimiz olmayıb? Vallah, ayıbdır, günahdır, etməyin, cəfəngiyyatlarınıza, sağlam olmayan mövqeyinizə son qoyun. İnsanların hissləri, dövlətin sabahı, gələcəyi ilə oynamayın. Gedin, öz işlərinizlə məşğul olun, bildiyiniz, bacardığınız nəsə varsa, onların qulpundan yapışın, belə məsələlər sizlik deyil.

Odur ki, şəxsən mən də Müdafiə Nazirliyinin açıqlamasında deyilənləri birmənalı qəbul edir və ona hörmətlə yanaşıram. Başqa cür də ola bilməz”.




İmza:

İqbal Ağazadə : "Bu, iqtidar-müxalifət görüşü deyil"

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

BU GÜN YƏQİN XİN-in BOMBA KİMİ BİR BƏYANATI OLACAQ

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

İqtidarla müxalifətin dialoqu : Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK