hacklink Adalet.az | Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub Adalet.az | Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

7010    |   2019-08-22 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) 2019/2020-ci tədris ili üzrə ali məktəbə qəbul planı birinci turdan 100 faiz dolub.

BANM-dan verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş "Abituriyent” jurnalının IV sayına əsasən, Ali Məktəbin bütün ixtisasları üzrə elan etdiyi yerlərin hamısı tutulub.

Bu il BANM-ə 150-si dövlət sifarişli, 40-ı ödənişli əsaslarla olmaqla, ümumilikdə 190 yerlik qəbul planı təsdiqlənib.

"Neft-qaz mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisaslarının hər birinə dövlət sifarişli 45 yer, ödənişli əsaslarla 10 yer ayrılıb. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli 40 yer, ödənişli əsaslarla 10 yer, "İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə dövlət sifarişli 20 yer, ödənişli əsaslarla 10 yer müəyyən olunub.

Qeyd edək ki, Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarında təhsil ingilis dilində əyani formada, müsabiqə Azərbaycan və rus bölmələri üzrə aparılır.




İmza:

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

ADU-da payız semestrinin imtahan sessiyası başlayıb

Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub

Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin” - VİDEO

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK