nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əli Əhmədov: "Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması..." Adalet.az | Əli Əhmədov: "Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Əli Əhmədov: "Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması..."

8881    |   2019-08-21 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı kədərləndirir. Ordumuz üçün gərəkli olan bir hərbçinin həlak olması faciədir. Ancaq müxalifətin bundan hansısa siyasi məqsədlər üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu, hər şeydən əvvəl bir ailənin faciəsidir: "Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm. Digər tərəfdən isə bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz.

Mərhumun ailəsi bu faciədən siyasi məqsədlə istifadə edilməsini aydın şəkildə dərk edir. Hətta məcbur qalaraq müraciət yayıb ki, siyasi dividend məqsədilə buraya heç kim gəlməsin. Bu bəyanatın özü də ailə üçün çox ağırdır. Təsəvvür edin ki, ailə hansı vəziyyətdə belə bir bəyanatı səsləndirməyə məcbur olub”.

Baş nazirin müavini vurğulayıb ki, radikal müxalifət insanların qəlbində nifrət hissi yaradan davranışlara yol verir və bununla özlərinə hörmət qazanmaq istəyir: "Siyasətçi hörməti bu yolla qazanmaz. Siyasətlə məşğul olan insan, hər şeydən əvvəl elə olmalıdır ki, xalq ona inanmış olsun. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu, tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividendlər əldə etmək mümkün deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Bu, birinci hal deyil ki, müxalifət ucuz vasitələrlə özünə hörmət qazanmağa çalışır. Ancaq məsələ o həddə çatıb ki, bir ailə müraciət edir: "mənim yasımı, kədərimi siyasiləşdirməyin”.

Qeyd edək ki, həlak olan pilot Rəşad Atakişiyevin yaxını Qabil Hüseynli vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, vida mərasiminə qatılmasınlar, bu ağır günümüzdə bizi başa düşsünlər".




İmza:

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

İcma sədri: “Yerli ermənilərlə normal münasibətlər qurub, yola gedə bilərik”

Hikmət Hacıyev: Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

118 saylı Ağdam Şəhər Seçki Dairəsinin iki seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilib

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

MSK Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələrini ləğv edib

Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

10 saylı Binəqədi Üçüncü Seçki Dairəsinin bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

MSK 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayət təmin edilmədi

SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK