Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir Adalet.az | Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir

13421    |   2019-08-21 16:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası avqustun 19-dan etibarən Gəncə və Goranboy ərazisində tədqiqatlara başlayıb.

Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) Dini tədqiqatlar departamentinin müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir. Beynəlxalq ekspedisiyanın tərkibinə Türkiyə, Qazaxıstan, Suriya, Kipr, İsrail və Gürcüstanda arxeoloji tədqiqatlar aparmış CAMNES-in mütəxəssisləri - doktor Stefano Valentini, doktor Quido Quarduççi, Ka' Foskari Venesiya Universitetinin keramika mütəxəssisi, doktor Lorenso Kresçioli, restovrator Karen Abend, həmçinin Türkiyənin Hacettepe Universiteti Antropologiya bölümünün professoru, bioarxeoloq Yılmaz Selim Erdal və Fransanın Lion-2 Universitetinin bioantropoloqu, doktor Modvin Polmark daxildirlər.

Ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc - erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparıb. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilməkdədir.




İmza:

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK