viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məhkəmə Atambayevin həbs müddətini artırdı Adalet.az | Məhkəmə Atambayevin həbs müddətini artırdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Məhkəmə Atambayevin həbs müddətini artırdı

13715    |   2019-08-20 12:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bişkekin Bir may rayon məhkəməsi Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 26 oktyabra qədər həbsdə saxlanılması haqqında qərar çıxarıb.

Bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev qapalı iclasın nəticələrinə əsasən "RİA Novosti"yə danışıb.

Onun sözlərinə görə, bu qərar qanunsuzdur və yuxarı instansiyalara şikayət olunacaq.

Məhkəmə iclası Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin binasında keçirilib.

Daha əvvəl, 8 avqustdapaytaxtın Bir may rayon məhkəməsi keçmiş dövlət başçısını 26 avqustadək istintaq təcridxanasına göndərmişdi. Bir həftə sonra yuxarı instansiya - Bişkek şəhər Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

A.Atambayev qətl və digər ağır cinayətlərin təşkilində ittiham olunur. Həmçininkeçmiş dövlət başçısı kütləvi qarşıdurmaların təşkilində, girov götürməkdə və hökumət nümayəndəsinə qarşı zorakılıqda təqsirli bilinir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb. Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib, 14 nəfər xəsarət alıb.




İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK