hacklink Adalet.az | AQİL ABBAS: Kaş insanlar Oqtay Rza kimi yaşayıb, Oqtay Rza yaşında öləydi Adalet.az | AQİL ABBAS: Kaş insanlar Oqtay Rza kimi yaşayıb, Oqtay Rza yaşında öləydi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: Kaş insanlar Oqtay Rza kimi yaşayıb, Oqtay Rza yaşında öləydi

8801    |   2019-08-21 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ömründə bir adamın toyuğuna daş atmamışdı, bir adamın xətrinə dəyməmişdi. Uşaqla uşaq idi, böyüklə böyük. Qırx il, əlli il ali məktəbdə dərs dedi, bir tələbə də ondan incik düşmədi. Tələbələrin ən sevimli müəllimi idi. Geologiyanı da şerlə deyirdi. Rüşvət nədi, bilmədi. Yalan nədi, bilmədi. Heç bir günaha da batmadı. Bəlkə sevgi məsələsində günahı olmuşdu, sevgi günahı da günah sayılmır.

Redaksiyamızın ən fəal müəllifi idi. Ürəyi istədiyi vaxt şeirlərini gətirərdi, ürəyi istədiyi gündə də dərc edərdik. Zarafatla da deyərdi ki, mən «Ədalət» qəzetinin bir nömrəli şairiyəm.

Ötən dördüncü gün gəlmişdi. Səslə-küylə girdi içəri:

- Mirzə, sən məni niyə bir belə çox istəyirsən?

- Şair, səni hamı çox istəyir də.

- Adil Cəmil çox istəmir.

- Niyə? Ola bilməz!

- O gün demişəm ki, «Ədalət» «Ədəbiyyat»dan yaxşı qəzetdı. O da dedi ki, bir də sənin şeirlərini çap etməyəcəm.

- Zarafat edib, Adil yaxşı oğlandı.

- Mirzə, bizim rayonun başçısı, bilirsən də, sənin qarabağlındı, yaman oğlandı. Salyanda nə qədər yazı-pozu adamı var, hamısını elə qarşılayır, hamısına elə diqqət göstərir ki, adam məəttəl qalır. Eşidir ki, rayona gəlmişəm məni mütləq tapdırır. Amma Əlisəmid Kürü deyəsən məndən çox istəyir.

Bir az da ordan-burdan danışdı. Sonra da elə qapıdan əlini göyə qaldırıb İradə xanıma: «Salam, İradə Tuncay!» -dedi və getdi. Ardınca çağırdım:


- Şair, gələn həftə gəl, bir qonaqlıq verim.

- Qalsın o biri həftəyə. Gələn həftə bəlkə getdim Salyana. Hər halda Sevindik məllimin qonaqlığı səninkindən yaxşı olar. Nəşriyyatın yeməkxanası hara, Kürün qırağı hara?

Gələn həftəni gözləmədi. Bazar günü çıxdı getdi Salyana. Həmişəlik getdi. Getdi Azərbaycana böyük şəxsiyyətlər, qeyrətli kişilər bəxş etmiş doğulduğu Salyan torpağına əbədi qovuşmağa.

Məmməd Araz Əliağa Kürçaylıya həsr etdiyi şeirdə yazır:

KÜR QIRAĞINDA TƏK ÇİNARDI…

Oqtay Rza da elə Kür çayıydı, axıb bir sevgi kimi hamının ürəyinə dolmuşdu. Və həmişə də ürəklərdə qalacaq.

85 illik yubileyinə hazırlaşırdı. Qismət beləymiş, yubileyini bizlərlə yox, haqq dünyasındakı böyük-böyük şairlərlə keçirəcək. Qaldı yubileyində şərab məsələsinə, deyirlər cənnətdə şərab çayları axır də.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK